Icma.az
close
up
RU
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir SOS

Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir SOS

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fuad İslamzadə həyəcan təbili çaldı: Abşeronun yaşıllıqları məhv olmaq təhlükəsi ilə üz-üzədir

Paytaxtda ağacları qurd basıb. Bu hal Binəqədi, Xətai, Suraxanı rayonları ərazisində müşahidə olunur. Xüsusən də tut ağaclarının budaqları sanki ağ torla örtülüb. Bunun Amerika kəpənəyi olduğu deyilir. Azərbaycan Tibb Universitetinin Biloji kimya kafedrasının dosenti, tibb elmləri üzrə tədqiqatçı Fuad İslamzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, 2 il bundan əvvəl Bakı ərazisində bitkilərin  zərərvericilərdən qorunmadığına dair məsələ qaldırmışdı: 

- Məsələ ictimailəşdikdə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin cavabı bu oldu ki, problem ekologiya ilə əlaqədardır. Bununla da işlərini bitmiş hesab etdilər. Belə səhlənkar münasibətin nəticəsidir ki, bütün Abşeron ərazisində yaşıllıqlar məhv olmaq üzrədir. Bunun Amerika kəpənəyi olduğunu deyənlər var, amma araşdırılmalıdır və uyğun tədbir görülməlidirdir. Zərərvericilər ağaclara çox ziyan vurur. Vətəndaşlar bildirir ki, ötən il 9-cu mikrarayonda Zeytunluq ərazisindəki tut ağaclarını qurd basmışdı, indi həmin ərazidəki həmişəyaşıl ağaclara göbələk xəstəliyi düşüb.

Müxtəlif vasitələrlə ağacları xilas etməyin yollarını bildirirlər. Məsələn, bir vedrə suya bir paltar sabunu, 100 qram sirkə - uksus, 100 qram da qabyuyucu məhlul qarışdırıb budaqlara səpmək olar, deyilir. Amma ən doğru olanı həşəratların hansı növə məxsus olduğunu laborator şəraitdə yoxlamaq, buna uyğun tədbir görməkdir. Bu da Bakı şəhər İcra Hakimiyətinin, Yaşıllaşdırma İdarəsinin vəzifəsidir. Şəhərdə onsuz da ağaclar getdikcə azalır, olanlarısa da qorumaq lazımdır. 

Qeyd edək ki, son illərədək küçələrdə, parklarda ağaclara aşağı hissədən müəyyən həddə qədər əhəng çəkilirdi, qurd-quşa qarşı, indi buna rast gəlinmir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri