Svetoforla nişan arasındakı uyğunsuzluq sürücülərin cərimələnməsinə səbəb olur VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda hərəkətin təşkilində olan uyğunsuzluq sürücülərin cərimələnməsi ilə nəticələnir. Bu barədə oxuculardan biri Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, paytaxtın Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində svetoforun sağa əlavə bölməsi var. Lakin sağ zolaqda hərəkətin həm düzünə, həm də sağa icazə verildiyini bildirən nişanlanma xətti tətbiq edilib. Sağ zolaqda düzünə getmək istəyən sürücülər qırmızı işıqda dayanan zaman, əlavə bölmə üzrə hərəkət edən sürücülər siqnal verərək həm narazılıq edirlər, həm də yol istəyirlər. Bu səbəbdən qırmızıda dayanan sürücülər məcburi şəkildə stop xəttini keçərək yol verməyə məcbur olurlar. Bu isə onların cərimələnməsi ilə nəticələnir. Təqdim etdiyimiz videogörüntüdən də aydın şəkildə görünür ki, 90-BX-500 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü stop xəttini keçərək sağa dönən nəqliyyat vasitələrinə yol verib. Bu zaman kamera vasitəsilə cərimələnib.
Sürücülərin haqlı narazılığını nəzərə alaraq ya svetoforun əlavə bölməsi ləğv edilməlidir, ya da ki, sağ zolaq müvafiq yol nişanları ilə yalnız sağa təşkil edilməlidir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















