Icma.az
close
up
RU
Paytaxtımız 30 ən yaxşı şəhərdən biri ola bilər 2030 cu ilin BAKISI

Paytaxtımız 30 ən yaxşı şəhərdən biri ola bilər 2030 cu ilin BAKISI

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” paytaxtın və və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq hazırlanan proqramın məqsədi Bakı və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin artırılması və yol-nəqliyyat hadisələrinin azaldılmasıdır. Eyni zamanda, ekologiyaya dəyən ziyanın minimuma endirilməsi də prioritetlərdən biridir.

Proqramın həyata keçirilməsi ilə əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri təqdim olunacaq, yol hərəkətinin iştirakçılarının təhlükəsizliyi təmin ediləcək və ümumi nəqliyyat xidmətlərinin keyfiyyəti artırılacaq. Eyni zamanda, fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Rəqəmsal texnologiyaların tətbiqi ilə nəqliyyat sahəsində innovativ həllərin tətbiqi də proqrama daxil edilib.

Proqramdan nəzərdə tutulan tədbirlər mərhələlərlə icra olunacaq. 2030-cu ildə paytaxtın nəqliyyat sistemi indikində əhəmiyyətli şəkildə fərqli olmalıdır. 5 il sonra nələr dəyişəcək?

Bakı və ətraf ərazilərdə avtomobil yolları, körpülər və yol ayrıcılarının təkmilləşdirilməsi nəqliyyat sıxlığını azaldaraq daha səmərəli hərəkət imkanları yaradacaq. Xüsusilə, Xırdalan, Sabunçu, Mehdiabad və Binəqədi kimi əraziləri əhatə edən layihələr şəhərdən kənara çıxışları asanlaşdıracaq və Bakı ətrafında hərəkət axınına mühüm töhfələr verəcək.

Bakı metrosunun xətlərinin uzadılması və yeni stansiyaların açılması şəhər daxilindəki sıxlığı azaldacaq və ətraf ərazilərdən mərkəzə rahat daxil olmağa imkan yaradacaq.

"Yaşıl xətt" və "Bənövşəyi xətt" üzrə yeni stansiyalar, metropolitenin enerji təminatını gücləndirəcək və iş saatlarında daha çox sərnişinə xidmət etməyə imkan verəcək.

 "28 May" və "İçərişəhər" stansiyalarında aparılacaq dəyişikliklər sərnişin axınını daha səmərəli idarə etməyə və təhlükəsizlik tədbirlərini artırmağa yönələcək.

Ağıllı nəqliyyat sistemləri və yeni yol infrastrukturları sayəsində nəqliyyat axını daha səmərəli idarə ediləcək.

Yeni marşrutların yaradılması ictimai nəqliyyatın daha əlçatan və sürətli olmasını təmin edəcək, sakinlər şəhər daxilində daha rahat hərəkət edə biləcək.

Bu layihələrdəki əsas məqsədlərdən biri yol infrastrukturlarının daha səmərəli və ekoloji təmiz olmasıdır. Yüksək enerji təsirinə malik olan nəqliyyat vasitələrinə alternativlər təklif ediləcək, bu isə şəhər daxilində havanın təmizlənməsinə kömək edəcək.

Elektrikli nəqliyyat vasitələrinin və alternativ enerjiyə əsaslanan nəqliyyat növlərinin genişlənməsi, havanın keyfiyyətini yaxşılaşdıracaq və karbon emissiyasını azaldacaq.

Ayrıca yol işıqlandırmasının artırılması və enerjiyə qənaət məqsədilə LED işıqlandırma texnologiyaları tətbiq oluna bilər.

Bu layihələrin icrası yalnız nəqliyyatın sürətini və təhlükəsizliyini artırmaqla qalmayacaq, həm də ətrafdakı yaşayış sahələrinin inkişafını stimullaşdıracaq, əhalinin həyat keyfiyyətini yüksəldəcək və yeni iş yerləri yaradacaq.

Mərkəzlə ətraf əraziləri birləşdirən yolların və nəqliyyat hərəkətinin  təkmilləşdirilməsi gediş-gəlişi asanlaşdıracaq və vaxt itkisinin qarşısını alacaq. Bu da yerli sakinlərin işə və digər fəaliyyətlərə daha rahat gedib gəlməsini təmin edəcək.

Yol ayrıcılarında və yol ötürücülərində ediləcək dəyişikliklər nəqliyyatın səmərəliliyini artıracaq və qəza risklərini azaldacaq.

2025–2030-cu illər üçün nəzərdə tutulan bu layihələrin həyata keçirilməsi Bakı şəhərinin nəqliyyat infrastrukturunu müasir tələblərə uyğunlaşdıracaq, sakinlərin həyat keyfiyyətini artıracaq və şəhərin beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcəkdir. Eyni zamanda, bu tədbirlər ekoloji təsirləri azaldacaq, şəhər iqtisadiyyatını gücləndirəcək və daha təhlükəsiz, səmərəli nəqliyyat şəbəkəsi yaradacaq. Bu inkişaflar Bakı şəhərini regional və beynəlxalq miqyasda daha cəlbedici və rəqabətqabiliyyətli edəcək.

Bu hədəflərin reallaşdırılması ilə Bakı dünya şəhərləri arasında nəqliyyat infrastrukturuna görə 30 ən yaxşı şəhər sırasına daxil ola bilər.

Dünyanın ən mükəmməl nəqliyyat sistemləri olan şəhərləri sürətli, effektiv, ekoloji üstünlükləri ilə tanınır. Bu şəhərlər həmçinin müxtəlif nəqliyyat növlərinin birləşdirilməsi ilə insanlara rahatlıq və sürət təmin edir.

Hazırda dünyanın bir çox şəhərləri nəqliyyat infrastrukturunun təkmil olmasına görə məşhurdur.

Tokio dünyanın ən sıx nəqliyyat sistemlərindən birinə sahib olsa da bu sıxlığı idarəetmə bacarığı ilə tanınır. Şəhərdaxili metro və qatarlar çox yaxşı təşkil edilib. Nəqliyyatın vaxtında dəqiq işləməsi və təmizliyi sakinlər və turistlər üçün böyük rahatlıq təmin edir. Tokio həmçinin tam inteqrasiya olunmuş bir nəqliyyat sistemi ilə işləyir. Şəhərdə metro, qatarlar, avtobuslar, taksilər və piyada yolları bir-biri ilə əlaqəlidir, beləliklə, istifadəçilər asanlıqla bir nəqliyyat növündən digərinə keçə bilirlər.

Sinqapur da müasir və effektiv bir metro sisteminə malikdir. Şəhərin metro şəbəkəsi sürətli, təhlükəsiz və təmizdir, həmçinin müxtəlif istiqamətlərdə geniş bir xətti vardır. Bununla yanaşı, Sinqapurda çox yaxşı inkişaf etmiş avtobus şəbəkəsi və velosiped yolları mövcuddur. Avtobuslar və metro arasında mükəmməl inteqrasiya istifadəçilərin müxtəlif növ nəqliyyatdan rahat istifadə etməsinə imkan verir. Şəhərdəki nəqliyyat sistemi həm də sürətlidir, bu da sakinlərə gün ərzində səmərəli hərəkət etməyə şərait yaradır.

Sürix nəqliyyat sistemindəki mükəmməlliyi ilə diqqət çəkir. Sürixin qatar və tramvay şəbəkəsi sürət və müntəzəmlik baxımından dünya miqyasında yüksək qiymətləndirilir. Şəhər sakinləri son dərəcə rahat və effektiv şəkildə istifadə edirlər. Sürix həmçinin, ətraf mühitə qarşı diqqətli yanaşması ilə tanınır, çünki şəhərdaxili nəqliyyat sistemləri ekoloji tələbləri dəstəkləyir.

Kopenhagen də sürətli və müasir nəqliyyat sistemi ilə seçilir. Şəhərdə metro və tramvay sistemləri mükəmməl bir şəkildə qurulub, eyni zamanda, velosiped yolları şəhər daxilində daha da ön plana çıxır. Kopenhagen dünyanın ən yaxşı velosiped infrastrukturlarından birinə sahibdir.

Avstriyanın paytaxtı Vyana yüksək keyfiyyətli metro, tramvay və avtobus şəbəkələri ilə tanınır. Şəhər ətraf mühitə qarşı yüksək həssaslıq göstərərək ekoloji cəhətdən uyğunlaşdırılmış nəqliyyat sistemlərinə sahibdir. Vyanada ictimai nəqliyyatdan istifadə ekoloji nöqteyi-nəzərdən çox faydalıdır və bu da şəhərin davamlı inkişafını dəstəkləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri