Icma.az
close
up
RU
Paytaxtın bir klubu elitaya yüksəldi, bir klubu 3 cü diviziona düşdü!

Paytaxtın bir klubu elitaya yüksəldi, bir klubu 3 cü diviziona düşdü!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyənin 1-ci liqasında mövsümün sonuncu - 38-ci turunun oyunları keçirildi.
''Football-plus.az'' xəbər verir ki, paytaxtın iki təmsilçisi - ''Gənclərbirliyi'' və ''Ankaragücü'' mövsümü tamamilə fərqli ab-havada bitirdi. ''Ankaragücü'' son turda ''Amed Sportif Fəaliyyətlər''i 2 cavabsız qolla məğlub etsə də, acı sonluqdan qurtula bilmədi. ''Ankaragücü'', ''Pendikspor'' və ''Manisa'' mövsümü eyni - 48 xalla tamamladı. Amma bu 3 komandanın öz aralarındakı oyunlarda ən az xal toplayan kollektiv məhz ''Ankaragücü''dü. Ona görə də ''Ankaragücü'' ''Yeni Malatyaspor'', ''Adanaspor'' və ''Şanlıurfaspor''un ardından 2-ci liqaya, yəni 3-cü diviziona yuvarlanan 4-cü komanda oldu. Bu cür köklü klub tarixində cəmi 2-ci dəfə 3-cü diviziona yuvarlandı. İlk dəfə ankaralılar 2013-də bu aqibətlə üzləşmiş və 2017-yə qədər bu turnirdə çıxış etməli olmuşdular. ''Ankaragücü'' ardıcıl 2-ci mövsümdə çıxış etdiyi turnirdə yerini qoruya bilmədi. Komanda ötən mövsüm superliqanı tərk etmişdisə, bu mövsüm də göründüyü kimi 1-ci liqada möhkəmlənə bilmədi. Maraq üçün bildirək ki, ''Ankaragücü'' İstanbul nəhənglərindən sonra Türkiyə futbolunun elitasında ən çox (53) mövsüm keçirən klub statusundadı. Amma paytaxtın digər klubunda əksinə yüksək əhval-ruhiyyə hökm sürür.
Belə ki, ''Gənclərliyi'' son turda ''Yeni Malatyaspor''u 5:0 darmadağın edərək ikinci pilləni rəsmiləşdirdi. Bu da o deməkdi ki, ''Gənclər'' ''Kocaelispor''un ardından elitaya vəsiqə qazanan 2-ci komanda oldu! Bu kollektiv sonuncu dəfə 2020/21-də superliqada mübarizə aparmışdı. Bu, ''Gənclərbirliyi''nin elitada ümumilikdə 49-cu mövsümü olacaq. Baş məşqçi Hüseyin Eroğlu yenə adından söz etdirməyi bacardı. Bu vəzifəyə dekabrda gələn təcrübəli mütəxəssis son 3 mövsümdə 2-ci komandanı elitaya daşıdı. O, eyni uğuru 2022/23-də ''Samsunspor''la yaşamışdı. Onu da bildirək ki, 1-ci liqanın yekunlarına əsasən 3-cü pilləni tutan ''Fatih Karagümrük'' birbaşa pley-offun finalında oynamağa haqq qazandı.
Digər finalçı ''İstanbulspor'' - ''Boluspor'', ''Bandırmaspor'' - ''Ərzurumspor'' cütlərinin qalibləri arasında keçiriləcək oyunda bəlli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 May 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri