Paytaxtın hansı küçələrində sıxlıq var? 15.01.2025
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.












