Icma.az
close
up
RU
Paytaxtın təhsil mühiti: hədəflər və nəticələr

Paytaxtın təhsil mühiti: hədəflər və nəticələr

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-2025-ci tədris ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.

Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda təhsil sisteminin inkişafını şərtləndirən mühüm istiqamətlər üzrə hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əhatəliliyi, bərabər imkanlar, rəqəmsal səriştələrin artırılması, məktəb-icma münasibətlərinin genişləndirilməsi və digər istiqamətlər 2024-2025-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.

Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 696 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 513923 şagirdin təlim-tərbiyəsi ilə 30169 müəllim məşğul olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 38206, IX siniflərini 46406, XI siniflərini 33517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirib. 2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 342 məktəbəqədər təhsil müəssisəsinə 36280 uşaq cəlb olunub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq işlər görülüb. Belə ki, www.bq.edu.az elektron sisteminə daxil olan vətəndaş müraciətləri, həmçinin növbə sayı çox olan məktəbəqədər təhsil müəssisələrində yeni qrupların fəaliyyətə başlaması üçün mövcud şərait təhlil olunub. Nəticədə paytaxtdakı ümumilikdə 12 məktəbəqədər təhsil müəssisəsində 17 yeni qrup açılıb.

Həmçinin tədris ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına körpələr evi-uşaq bağçası) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 2 yeni məktəbəqədər təhsil müəssisəsi (348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb. BŞTİ-nin tabeliyindəki 287 ümumi təhsil müəssisəsində 1048 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 22781 uşaq cəlb olunub. Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 43777 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medal qazanıb. Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub. BŞTİ-nin tabeliyindəki 197 təhsil müəssisəsində təşkil edilən 848 təmayül sinifdə 17768 şagird təhsil alıb. Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.

BŞTİ-nin tabeliyindəki 27 ümumi təhsil məktəbində "İcma əsaslı məktəbəqədər təhsil" layihəsi həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki icma əsaslı məktəbəqədər təhsil qruplarına 839 uşaq cəlb olunub. Həmçinin icma qruplarının real vəziyyətinin öyrənilməsi və nəticələrin təhlil olunması məqsədilə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 37 qrupda monitorinq həyata keçirilib. Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib.

Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.

Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

BŞTİ-nin tabeliyindəki 184 təhsil müəssisəsində 603 şagird fərdi təhsilə cəlb olunub. Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2609 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində 1925 nəfər işə qəbul edilib.

1046 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində; 879 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində. Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 617 ixtisaslı kadr dəvət edilib. 156 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində işə qəbul olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 34 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 10 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 45 nəfər laborant, 11 nəfər kitabxana müdiri/kitabxanaçı, 7 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 7 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 15 nəfər təsərrüfat işləri üzrə direktor müavini 2024-2025-ci il ərzində işə təyin edilib.

Məktəbəqədər təhsil müəssisələrinə müdir və tərbiyəçi müəllim, ümumi təhsil müəssisələrinə psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqələr keçirilib. Müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 18 nəfər müdir, 61 nəfər tərbiyəçi müəllim, həmçinin 64 nəfər psixoloq vəzifəsinə işə qəbul hüququ qazanıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanında iştirak edən namizədlərdən 388 nəfəri müsahibə mərhələsinə vəsiqə qazanıb.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çevik inspeksiyalar keçirilib. İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real   vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir. PISA 2025 qiymətləndirməsində iştirak edən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müvafiq hazırlıq və nəzarət tədbirləri həyata keçirilib.

Fəaliyyətlər şagirdlərin qiymətləndirmə prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin və texniki infrastrukturun vəziyyətinin, tədris proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluğun, məktəb rəhbərliyi və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və müvafiq istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin görülməsi məqsədinə xidmət edib.

Tədris ili ərzində vətəndaşlardan daxil olan müraciətlər əsasında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbdaxili araşdırmalar aparılıb.

Araşdırmalar müəllim və valideyn şikayətlərinin, təlim-tərbiyə prosesində müşahidə olunan nöqsanların, əmək münasibətləri və iş rejimi ilə bağlı uyğunsuzluqların, pedaqoji heyət arasında yaranan münaqişələrin araşdırılması, faktların yerində yoxlanılması, aidiyyəti sənədlərin təhlil olunması və nəticələr üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədlərinə xidmət edib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 13 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.

Belə ki, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta məktəbin şagirdi Şəhanə Abbasova, "Zəngi" liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta məktəbin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta məktəbin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta məktəbin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta məktəbin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova, 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta məktəbin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta məktəbin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta məktəbin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə BŞTİ-nin tabeliyindəki 55 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb. "Təhsil müəssisələrində sağlamlıq və təhlükəsizlik" istiqamətində aparılan monitorinqlər zamanı şagirdlərin nizam-intizamı, davamiyyət və punktuallığı, məktəb binasının təhlükəsizliyi, sanitar-gigiyenik vəziyyət və məktəblərdə həyata keçirilən təhlükəsizlik tədbirləri yoxlanılıb.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə keçirilən monitorinqlərdə 100 minə yaxın şagird iştirak edib.

Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see128

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see126

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see126

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see125

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see125

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see123

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see123

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see121

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see119

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see117

İclasda müdir qışqırdı işçi xəstəxanalıq oldu

24 İyun 2025 15:48see115

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see115

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see113

ABŞ nin müharibə planı: Tramp üçün 3 gizli bunker

24 İyun 2025 11:05see113

Məhəbbətim qibləm, andım

24 İyun 2025 21:01see113

Azərbaycan nefti 80 dollara düşdü

24 İyun 2025 09:43see112

Kallas: Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq

24 İyun 2025 20:59see112

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see111

İranın XİN rəhbəri mümkün razılığın şərtlərini açıqlayıb

24 İyun 2025 05:07see111

Karyerasını başa vuran futbolçuya Mançester Yunayted də yeni vəzifə

24 İyun 2025 00:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri