Icma.az
close
up
RU
Pedaqoji internaturalar yaradılmalı, professorlara qonorar verilməlidir

Pedaqoji internaturalar yaradılmalı, professorlara qonorar verilməlidir

Icma.az bildirir, Bakupost portalına istinadən.



Telman Cəfərov,

Filologiya elmləri doktoru, professor

Elm və təhsil nazirinin müşaviri, hörmətli Nicat Məmmədlinin Oxu.az saytındakı müsahibəsi ilə tanış oldum. Rəyimi oxucularla da paylaşmaq istəyirəm:

Nicat müəllimə bu səmimi və faydalı müsahibəyə görə minnətdaram. Yalnız açıq söhbət, mövcud vəziyyətə tənqidi yanaşma, perspektivlərin müəyyən edilməsi cəhdi inkişafa müsbət təsir edə bilər. Bu istiqamətdə Nicat müəllimin fəaliyyətini gərəkli hesab edirəm. Biz insanları atdığımız addımların düzgünlüyünə inandırmağı bacarmalıyıq. Bunun özü də keyfiyyətin və motivasiyanın elementidir. Eyni zamanda, nazirliyimizin təşəbbüskar intellektualının müsahibəsində səslənən fikirlərin bəzilərinə əlavələrimiz var:

1) bəli, biliklərin mənimsənilməsi və elmi təfəkkür məktəbəhazırlıq və ibtidai təhsil mərhələlərindən başlayır. Bu mərhələlərin ən ümdə vəzifəsi dillərin mənimsədilməsidir. Doktoranturaya ona görə girə bilmirlər, universitet məzunları ona görə B2 səviyyəsində ingilisi bilmir ki, həm məktəbəhazırlıq, həm də ümumi orta təhsildə xarici dillərin tədrisi qrafiki və standartları düzgün müəyyən olunmayıb. Nazir müşaviri kimi Sizdən xahiş edirəm, ümumtəhsil müəssisələrinin builki tədris planları hazırlanarkən və təsdiq olunarkən bu proses nəzarətdə saxlanılsın. Bununla bağlı təkliflərimiz nazirliyə təqdim olunub;

2) bəli, kurikulum təcrübəyə, gələcəyə, əmək bazarına əsaslanan təlimi realizə edir. Bu barədə elə "Azərbaycan müəllimi"ndə çıxışlarımız olub. Lakin həm orta, həm də ali təhsildə kurikulumların (tədris proqramları) icrası təcrübə, müvafiq istehsalat bazaları tələb edir. Bu bazaların yaradılması, mövcud olanların təhcizatı məsələləri hər gün diqqətdə saxlanılmalıdlr. Elm və təhsilin, nəzəri biliklərin və praktiki bacarıqların inteqrasiyası təhsil fəaliyyətinin vacib hissəsidir. Xüsusilə buraxılış ili tələbələrinin istehsalat təcrübəsi üçün real tədris-istehsalat bazaları bankının formalaşdırılmasl, pedaqoji təcrübə üçün təhsil ixtisasları yönümlü ali məktəblərin aparıcı məktəblərdə pedaqoji internaturalar yaratması məqsədəuyğundur;

3) maaş məsələsinə gəlincə, universitetlərin elmi potensialı olan professor-müəllim heyəti tədris resursları yaradılmasına cəlb olunsa, paralel olaraq, bu fəaliyyətinə görə qonorar alsa, doğrudan da həm təhsilverənin özü, həm də təhsilalan üçün faydalı olar. Bu mexanizmlər ETN-nin əlindədir. ATM ixtisasa tələbə qəbulu sifariş edirsə, özü də ingilis dilində, buyursun, təkcə tədris planını yox, həm də özünün tədris proqram və vəsaitlərini təqdim eləsin. Bu halda universitet konkret ixtisas kafedrasına sifariş verir, iş görülür, əməkdaşların əlavə qonorar almaq imkanı yaranır. Tələbə isə ilin əvvəlində hazır tədris resursu və metodologiya ilə təlimə başlayır;

4) təəssüf ki, biz nəinki istənlən ali məktəb məzununa, hətta ixtisas dili ingilis, alman, fransız, rus, yapon və s. olana ixtisas dilini öyrədə bilmirik. Niyə? Çünki tələbə qəbulu sifarişində təlim dili düzgün göstərilmir. Sifarişdə təlim dilləri düzgün müəyyən olunsa, deyək ki, "Xarici dil müəllimliyi (alman dili üzrə)" ixtisasında tədris dilləri abituriyentin məktəbi qurtardığı dil və alacağı ixtisasın dili göstərilsə, yəni alman dili, tam başqa keyfiyyətə çıxarıq. Onda ixtisas üzrə tədris standartı da düzgün yaradılar. Yenə də Sizə nazirin müşaviri kimi müraciət edirəm: hazırda növbəti beş il üçün tədris standartlarının hazırlanması üzrə komissiyalar işləyir. Onlara bu təklifimizin çatdırılmasını xahiş edirəm. Yazılı müraciətlərim, təhsil mətbuatında çıxışlarım var..."


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri