Pedaqoji Universitetdə “Akademik mikrokreditləşmə Qaydası” qəbul olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Akademik mikrokreditləşmə Qaydası” qəbul olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu qaydaların qəbulunda əsas məqsəd ADPU-da mikrokreditləşmə modelinin təşkili və tətbiqinə dair əsas prinsipləri və prosedurları müəyyən etməkdir.
Beynəlxalq təcrübənin təhlili ilə müvafiq qanunvericilik aktları və ADPU-nun nizamnaməsi əsasında hazırlanan qaydalar müasir təhsil tendensiyalarına uyğun olaraq informal təhsilin kreditlər halında rəsmiləşməsini hədəfləyir və universitetdə akademik mikrokreditləşmə ali təhsilin keyfiyyətinin artırılması, tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, çevik öyrənmə imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunur.
Akademik mikrokredit müəyyən bir fənn və ya modul çərçivəsində tədris olunan, müstəqil öyrənmə nəticələri ilə müşayiət olunan və ayrı-ayrılıqda qiymətləndirilən qısa müddətli öyrənmə vahidi (kurs, seminar, təlim və seçilmiş fənn və ya fənlər) olub rəsmi sənədlə təsdiq olunur. Bu model vətəndaşlara nəticəyönümlü fərdi öyrənmə xəritələrinin qurulması, qiymətləndirmənin çevikliyi və mərhələliliyi, tanınma və akkumulyasiya imkanları yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















