Icma.az
close
up
RU
Pedaqoji Universitetdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Pedaqoji Universitetdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.

Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin xatirəsi yad edilib.

“Xalqa həsr olunmuş ömür” adlı tədbirə Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayev moderatorluq edib. Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlət qarşısında göstərdiyi müstəsna xidmətlərdən danışıb. “Ulu Öndər istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu zaman ölkəmiz və xalqımız qarşısında elə müstəsna xidmətlər göstərib ki, 2003-cü ildə səhhəti kəskin şəkildə pisləşdikdən sonra keçirilən prezident seçkilərində seçicilərin dörddə üçündən çoxu məhz onun müəyyənləşdirdiyi siyasi kursun davamına səs verib. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır”, - deyə rektor vurğulayıb.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsi və Moskvadakı fəaliyyəti barədə çıxış edən Azərbaycan tarixi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev 1969-1987-ci illəri dirçəliş və tərəqqi dövrü kimi xarakterizə edib.

Sonra “Meh” ədəbi dərnəyinin üzvlərinin ifasında Zəlimxan Yaqubun “Mən azərbaycanlıyam” şeri ədəbi-bədii kompozisiya şəklində təqdim olunub.

Tədbirdə, həmçinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Afaq Piriyevanın “Anarxiyadan sabitliyə, tənəzzüldən davamlı inkişafa aparan 10 il (1993-2003-cü illər)”, ADPU Tələbə Gənclər Təşkilatının sədri Çiçək Sultanlının “Gənc nəslə diqqət və qayğı- Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda çıxışları dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri