Peddi Pimblett Çarlz Oliveyra ilə mümkün döyüşdən danışıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UFC-nin yüngül çəki dərəcəsində çıxış edən İngiltərəli döyüşçü Peddi Pimblett sabiq çempion və hazırkı BMF kəmərinin sahibi Çarlz Oliveyra ilə mümkün qarşılaşma barədə danışıb.
İdman.Biz xəbər verir ki, Pimblett braziliyalı döyüşçünün karyerasında eniş yaşadığını və güləşə üstünlük verəcəyi təqdirdə onu asanlıqla vaxtından əvvəl məğlub edəcəyini bildirib.
“O, artıq karyerasının sonuna yaxınlaşır. Mənimlə güləşməyə çalışsa, ona boğucu fənd tətbiq edəcəyəm”, - deyə Peddi Pimblett bildirib.
Qeyd edək ki, Pimblett UFC 329 turnirinin gecənin ikinci əsas döyüşündə Fransanın xüsusi təyinatlı qüvvələrinin sabiq üzvü Benua Sen-Denini ilk raundda boğucu fəndlə vaxtından əvvəl məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 İyul 2026 03:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















