Pediatr: Körpə uşaqlarda bəzən yüksək qızdırma fonunda qıcolmalar olur
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 8-də Kürdəmir rayonunda biryaşlı uşaq vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, saat 13 radələrində 2023-cü il təvəllüdlü Ö.Məlikməmmədov yaşadığı Şüşün kəndindəki evdə dünyasını dəyişib.
Epilepsiya xəstəliyindən əziyyət çəkən körpənin qıcolmadan vəfat etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, uşaqlarda qıcolmanın səbəbləri müxtəlifdir:

“Qıcolmanın beyinlə və ya kənar orqanlarla bağlı olduğunu araşdırmaq lazımdır. Bir yaşlı uşağın ölümünə baxsaq görərik ki, onda ciddi problemlər olub. Körpə uşaqlarda bəzən yüksək qızdırma fonunda qıcolmalar olur. Buyna da sebril qıcolma deyirlər. Bu müəyyən vaxt ərzində keçib gedən xəstəlikdir. Birinci növbədə beyin müayinə olunmalıdır. Həkim hamiləlik, doğuş, dövrünü araşdırmalıdır. Ümumiyyətlə hər ay uşağın inkişafı izlənməlidir. Xoşagəlməyən bir şey olduqda müalicəsinə başlanmalıdır. Bəzən epileptik tutmalar olur və beyin müayinəsində biz onu görürük. Əgər beyin təmizdirsə, səbəbini kənarda araşdırmaq lazımdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















