Pedro Neto “Çelsi” ilə yeni müqavilə imzalayıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Çelsi” futbol komandasının vingeri Pedro Neto klubla yeni müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, 26 yaşlı futbolçunun yeni sözləşməsi beş il müddətinə nəzərdə tutulub. Müqavilədə daha bir il uzadılma imkanı da var. Neto yeni anlaşmaya əsasən daha yüksək məvacib alacaq.
Məlumata görə, yay transfer pəncərəsində futbolçu ilə bir neçə Premyer Liqa klubu, o cümlədən “Mançester Siti” maraqlanıb. Neto isə “Çelsi”də qalmaq və Xabi Alonsonun rəhbərliyi altında çıxış etmək istədiyini bildirib.
İspaniyalı mütəxəssis bu mövsüm Netodan hücumameyilli cinah müdafiəçisi kimi istifadə edir. Portuqaliyalı futbolçu beş oyunda iki qol vurub. O, 2024-cü ildə “Vulverhempton”dan 54 milyon funt sterlinqə (121 milyon AZN) keçdikdən sonra “Çelsi”nin heyətində 40 qol epizodunda iştirak edib.
Qeyd edək ki, “Çelsi” bu il Joao Pedro, Ris Ceyms və Moyses Kaysedo ilə də müqavilələrin şərtlərini yaxşılaşdırıb. Klub rəhbərliyi yaxın vaxtlarda daha bir neçə yeni müqavilənin açıqlanacağını gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 Sentyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















