Pedro Rodriges karyerasını başa vurdu
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyalı tanınmış futbolçu Pedro Rodriges peşəkar karyerasını başa vurduğunu bəyan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 39 yaşlı idmançı sosial şəbəkə hesabında məlumat verib.
"Artıq zamanın gəldiyini hiss edirəm. Həyatımda yeni bir mərhələyə başlamaq və irəliyə doğru addım atmaq vaxtıdır. Xəyalımı gerçəkləşdirdiyim üçün qürurla, mənə dəstək olan və bunun baş tutmasına kömək edən hər kəsə minnətdarlıqla gedirəm. Məni bu qədər xoşbəxt etdiyin üçün sənə təşəkkür edirəm, futbol", - deyə Rodriges paylaşımında bildirib.
Qeyd edək ki, təcrübəli oyunçunun formasını geyindiyi sonuncu komanda İtaliya "Latsio"su olub. O, karyerası ərzində İtaliyanın "Roma", İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" klublarının da şərəfini qoruyub. İspaniya milli komandasının heyətində çıxış edən futbolçu 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:53
Bu xəbər 07 Oktyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















