Pedro Sançezə qarşı istintaq başladı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya Mərkəzi Seçki Komissiyası (JEC) Baş nazir Pedro Sançezə qarşı hökumət iqamətgahında keçirilən mətbuat konfransında seçki təbliğatı aparmaq və dövlət resurslarından sui-istifadə etmək ittihamı ilə istintaqa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri elan edildikdən bir gün sonra, oktyabrın 6-da Sançez Nazirlər Kabinetinin iclasının ardından mətbuat konfransı təşkil edib.
Əsas müxalifət partiyası olan sağçı Xalq Partiyası (PP) və “The Party Is Over” (SALF) hərəkatı Seçki Komissiyasına şikayət edərək Baş nazirin iqamətgahda sanki seçki mitinqi keçirdiyini iddia ediblər.
Şikayəti əsaslı hesab edən Mərkəzi Seçki Komissiyası Sançezin çıxışının “dövlət vəsaitlərinin seçki məqsədləri üçün istifadəsi” kimi qiymətləndirilə biləcəyini açıqlayıb.
Dövlət rəsmilərinin seçki dövründə riayət etməli olduğu siyasi neytrallıq prinsipini pozmaqda günahlandırılan Baş nazir İspaniya qanunvericiliyinə əsasən 300-dən 3000 avroyadək cərimə oluna bilər.
Xalq Partiyasından bildirilib ki, İspaniya Sosialist İşçi Partiyasının (PSOE) da lideri olan Pedro Sançez son altı seçki kampaniyası zamanı bənzər qayda pozuntularına görə ümumilikdə 6600 avro cərimələnib və Ali Məhkəmə tərəfindən təsdiqlənmiş iki sanksiya ilə üz-üzədir.
Qeyd edək ki, adətən, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin qarşısına hökumətin sözçüsü çıxdığı halda, oktyabrın 6-da Sançez mətbuat konfransını şəxsən keçirərək jurnalistlərin növbədənkənar seçkilərlə bağlı suallarını cavablandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Oktyabr 2026 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















