Icma.az
close
up
RU
Pekin və Dehli ABŞ a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Pekin və Dehli ABŞ a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Icma.az, Axar.az saytına istinadən bildirir.

Çinlə Hindistan arasındakı münasibətlərdə normallaşma prosesi davam edir. Çinin xarici işlər naziri Van Yi Hindistana üç günlük səfəri zamanı bu ölkənin Baş naziri Narendra Modi ilə görüşüb. Van Yinin Hindistana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyinə həsr olunub. Narendra Modi Van Yi ilə görüşdə ikitərəfli əməkdaşlığın inkişafını və sərhəd məsələlərini müzakirə edib. Sonuncu məsələ hər iki tərəf üçün əhəmiyyətlidir. Çünki, 2020-ci ildə məhz sərhəddə baş verən toqquşmalarda hər iki ölkənin sərhədçiləri arasında itkilər qeydə alınmış, bu olaydan sonra münasibətlər gərginləşmişdi. Sərhəddəki olaylar iki ölkə arasındakı iqtisadi əlaqələrə də mənfi təsir etmişdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Son bir ildə Pekinlə Dehli arasında artan dialoq hər iki tərəfin münasibətləri normallaşdırmaq marağından irəli gəlir. Tərəflər sərhədin mübahisəli hissələrində demarkasiya prosesini sürətləndirməyi razılaşdırıblar. Van Yi Narendra Modi ilə görüşdə Hindistanın baş nazirinin Çinə gələcək səfərini də müzakirə edib. Hindistanın baş naziri avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına qatılmalıdır. Modi Van Yi ilə görüşdə deyib ki, Hindistan və Çin rəqib deyil, tərəfdaş olmalıdırlar. O buna misal olaraq hər iki ölkənin iqtisadiyyatlarını sürətlə inkişaf etdirdiklərini və bunun əməkdaşlığa müsbət təsirini vurğulayıb.

Van Yi hindli həmkarı Subrahmanyam Cayşankarla görüşdə eyni mövzuları müzakirə edib. Hindli diplomat iki ölkə arasında insanlar arasında mübadilənin vacibliyini də söyləyib. Hindistan bu istiqamətdə ilk addımı atıb, iyul ayının sonundan Çin vətəndaşlarına turist vizaları verilməyə başlanılıb.

Van Yinin Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalla görüşü də maraq doğurub. Çünki bu görüşdə sərhəd və münasibətlərin normallaşdırılması mövzularının texniki tərəfləri detallı müzakirə olunub. Bu, iki tərəfin sərhəd mübahisəsinə dair danışıqların 24-cü raundu idi. Maraqlıdır ki, Van Yi Hindistana məhz Ajit Dovalın dəvətiylə səfər edib. Görüşdə Hindistan və Çinin 2020-ci ildəki sərhəd toqquşmalarından sonra beş illik fasiləyə son qoyaraq birbaşa uçuşların və sərhədyanı ticarətin bərpası barədə razılığa gəliblər. Görüşdə Himalay sərhədində yerləşdirilən qoşunların çıxarılması, sərhədlərin demarkasiyası, sərhədyanı ticarətin canlandırılması, viza prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığının artırılması müzakirə olunub. Van Yi danışıqlarda Çin-Hindistan əlaqələrinin sabit və sağlam inkişafının hər iki ölkə xalqının əsas mənafeyinə uyğun olduğunu vurğulayıb.

Beləliklə, Pekin və Dehli gərginliyinə son qoymağa qərar veriblər. İki ölkə arasında münasibətlərinin normallaşdırılmasının bir başqa səbəbi də var. ABŞ Prezidenti Donald Tramp Çini və Hindistanı sanksiyalarla hədələyib. Çin və Hindistan Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirirlər və bu Ağ Evin xoşuna gəlmir. ABŞ və Rusiya Prezidentlərinin Alyaskadakı görüşü sanksiyalar mövzusunu arxa plana keçirməli idi. Buna baxmayaraq, ABŞ nümayəndə heyətinin Hindistana planlaşdırılan səfəri təxirə salınıb. Bir qrup ekspert bunu ABŞ-la Hindistan arasında ticarət sazişinin təxirə salması kimi qiymətləndirib. Vaşinqton Hindistana qarşı elan etdiyi sanksiyaları tətbiq edərsə, bu, Dehli ilə Pekin arasında dialoqu daha da genişləndirəcək. Halbuki, Çinlə Hindistan arasında tərəfdaşlığın gücləndirilməsi ABŞ-ın maraqlarına cavab verməməlidir. Buna görə də mümkündür ki, Ağ Ev son anda Hindistana sanksiya tətbiqindən imtina etsin”, - politoloq bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Avqust 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri