Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Pendirlər, banklar və saatlar ölkəsi

Pendirlər, banklar və saatlar ölkəsi

Icma.az, Ayna portalına istinadən məlumat verir.

İsveçrə, Fransa və Almaniya bloknotum - 3

Alp dağlarının əsrarəngiz tilsimi ilə baş-başayıq… İsveçrənin əzəmətli qarlı zirvələr vahimə saçacaq dərəcədə yaxında idilər. Burada təbiətin qüdrəti insan iradəsini açıq-aşkar ram edir. Elə canlı və güclüdür ki, bəndəsini özünə tabe etmək onun üçün heç nədir. Həm də bu gözəllik önündə əriyib, matı-mutu qurumuş mənim kimi birini...

“Paraselsin dünyaya gəldiyi torpaqlardasan”, – arxamdan yoldaşımın səsi gəlir. Mutluluqdan pambıq kimi bəyaz zirvələrə “uçuram”, ancaq ayağımın altındakı Alp düzənlikləri, yaşıl örtüyün xallı qayalıqları arasından boylanan fidanlar məni reallığa qaytarır. 500 il əvvəl onun da tənəffüs etdiyi Alpların soyuq havasını tənəffüs edirəm acgözlüklə…

Günü bu gün elm tarixçiləri bu eksentrik adamın şarlatanmı, yoxsa dahimi olduğu haqda mübahisə edirlər. Kimi onu əyyaş və qadın düşməni, kimi də səsrsəri və cadugər kimi qələmə verir. Ancaq onun dövrünün ən böyük alimi olmasında hər kəs həmfikirdir. Parasels tarixə  bütün dövrlərin ən dahi alimlərindən biri, görkəmli farmakoloq, homeopatiyanın yaradıcısı kimi düşüb yazır.

Həqiqi adı Filip fon Hohenheym (1493-1541) olan bu iddialı gənc təvazödən o qədər uzaq idi ki, özünü eramızdan əvvəl yaşamış böyük təbib və alim Sels Avl Kornelius (lat. Celsus Aulus Cornelius) ilə müqayisə edirdi. “Parasels” adını da bu səbəbdən götürmüşdü. “Para” yunan dilində “bənzər” anlamına gəldiyindən Parasels “Selsə Bənzər” anlamına gəlir.

Selsə “bənzər” gənc həkim 24 yaşında təbabəti öyrənmək üçün dünya səyahətinə çıxır. Avropada getmədiyi ölkə qalmır, müharibələrdə iştirak edir, hərbi cərrah kimi təcrübə qazanır. Bu ölkələrdə qaraçılar, ara həkimləri, cadugər və cəlladlarla görüşür, müxtəlif türkəçarə müalicə üsullarını toplayır. “Qadın xəstəlikləri”, “Böyük Cərrahiyə” kimi 9 fundamental elmi əsər yazır.

“Hər şey zəhərdir və hər şey də dərmandır” deyən Parasels kimyanı farmokologiyaya ilk gətirən alimdir. Paraselsə qədər dərmanlar ancaq təbii ot və bitkilərdən hazırlanırdı. Kimyanı dərman hazırlamağa tətbiq etməklə isveçrəli alim sadəcə farmakologiyanın deyil, ümumilikdə tibbin axarına yeni yön verdi.

Parasels 1527-ci ildə Bazel universiteti qarşısında Hippokrat, Qalen və İbn Sinanın kitablarını yandıraraq tibbin inkişaf yolunu da dəyişdirdi. O, elmə İntibah dövrünün ən böyük islahatçısı kimi daxil olub, öz fəlsəfə və tibb məktəblərini yaradıb. Bu insan təmənnasız olaraq xəstələrə, şikəstlərə kömək edir, daim xəstəliklərin səbəblərini axtarır və yeni dərmanlar tapmağa çalışır, vəbadan xilas yolları axtarırdı…

Parasels mənim sevdiyim Qaliley, Eyler, Nyuton, Koh, Heyzenberq, Eynşteyn kimi dahilər siyahısındadır. Lakin Paraselsə olan vurğunluğumun bir başqa səbəbi də məftunu olduğum Xorxe Luis Borxesin “Paraselsin qızıl gülü” hekayəsidir. Bu hekayə bir ədəbiyyat meditasiyasıdır, oxumaqdan doya bilmədəyim bir şah əsərdir (Bu haqda “Avstriya gündəliyim”-də ətraflı yazmışam)…

Alp dağlarının qənşərində dayanıb Paraselsin doğulduğu torpaqlara heyranlıqla baxmamaq mümkün deyil. Dərin bir kədər verən qibtə, həsəd də var içimdə. “Nə üçün bizim torpaqlardan Paraselslər çıxmayıblar, nə üçün bəşəriyyətin inkişaf yollarına təsir edəcək qədər güçlü mütəfəkkirlər doğulmayıblar bizim ellərdə?”, – sual verirəm yüksək səslə.

“Carpe Diem”, – yol yoldaşım deyir. – “Zamanın, günün dadını çıxart, gəlib Paraselsinin köyünü də gördün. Sualının cavabını isə sənə bir neçə dəfə demişəm”. İndi bu zirvədə onun məsələyə fərqli baxışı haqda düşünmək istəmirəm…

Günortadan keçməyə başlayırdı. Hava qış aylarında tez qaralır buralarda. Əzəmətli qarlı zirvələr vahimə saçırdılar. Alp dağlarının kölgələri aram-aram inzivaya çəkilirdilər, qarın bəyaz rəngi bərraqlağını itirirdi. Birdən döşdəki kölgələr qaranlıq oldular.

Maşına oturduq, kontakt düyməsinə basmadan bu gözəlliyi dostlarımla paylaşım dedim. Bir şəkil seçib FB-a qoydum. Əziz dostum Rahib Azəri anında bir şərh yazdı: “Pendirlər, banklar və saatlar ölkəsinə xoş gəlibsən”…   

(davamı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri