Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
Publika.az-dan alınan məlumata görə, Icma.az xəbər verir Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Publika.az-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
![see](https://icma.az/template/assets/see.png)