Icma.az
close
up
RU
Kəlbəcərin sabiq deputatı Aqil Abbası dəstəklədi

Kəlbəcərin sabiq deputatı Aqil Abbası dəstəklədi

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Dünən deputat Aqil Abbasın Milli Məclisin plenar iclasında çıxışı zamanı dediyi fikirlər müzakirələrə səbəb olun.

“Mənim atamın Ağdamda şəhərin mərkəzində 8 sot torpaqda 6 otaqlı evi var idi. Amma indi mənə Ağdamdan ev düşmür. Mən 1970-ci ildən Bakıda yaşayıram, məcburi köçkün statusu daşımıram. Niyə atamın mülkündə mənə ev düşməsin? Mənə çox sayda müraciətlər var. Qaçqın, məcburi köçkün statusuna yenidən baxılmasını təklif edirəm. Demək, mən öz cibimin pulu ilə ev almalıyam. Niyə? Çünki mənim Ağdam qeydiyyatım yoxdur”,- deyə deputat bildirib.

Deputata ilk, həm də mənfi reaksiya isə xanım spikerdən gəlib.

“Ağdamda bu qədər işlər görülür, niyə bu işlərə kölgə, ləkə salırsınız? Siz bir dəfə də demişdiniz ki, ağdamlılara yer verilmir. Bəs yeni tikilən Ağdamda kim yaşayır indi? Gərək bu məsələni indi burada bu qanunun müzakirəsi zamanı bunu deyərdiniz? Yəni sizin ayrı imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasız?!”, – deyə Sahibə Qafarova deyib.

Gununsesi.info xəbər verir ki, Aqil Abbası bu fikirlərinə görə cəmiyyətdə qınayanlar da var, dəstəkləyənlər də.

Kəlbəcər rayonunun sabiq deputatı Əlövsət Ağalarov da Aqil Abbasın fikirlərini dəstəkləyib.

O bildirib ki, Aqil Abbas maraqlı məsələyə toxunub:

“Milli Məclisdə Aqil Abbas maraqlı bir məsələyə toxunub. Ağdamdan ona ev vermirlər. Atasının mülkü olub, onun yerində yaşayış binası tikiblər. Niyə həmin binada ona heç olmasa, ikiotaqlı bir mənzil vermirlər? Məsələn, Kəlbəcər şəhərində tikilən binaların yerində ata-baba mülkü olanlara istər dövlət, istər kommersiya binalarında ev verilməlidir. Maraqlısı isə spikerin reaksiyası olub. Olmaz deyib. Niyə, hörmətli Sahibə xanım? Şəxsən mən hesab edirəm ki, rayonu üçün can qoyan, əlindən gələni əsirgəməyən sabiq və indiki deputatlara, o rayonda şəhid olanların ailələrinə növbədənkənar ev verilməlidir”, – deyə o bildirib.

Sabiq deputat həmçinin deyib:

“Şəhid qardaşım Mahir Kəlbəcər uğrunda döyüşlərdə həqiqi qəhrəmanlıq göstərib həlak oldu. Onun ailəsinə rayon mərkəsində ikiotaqlı bir mənzil verilsəydi, pis olardı? Əksinə, nümunə olardı. O cümlədən, bütün kəlbəcərli şəhid ailələrinə. Nə olsun ki, onların əksəriyyəti kəndlərdən idi. Axı canlarını Kəlbəcər üçün, Azərbaycan üçün fəda ediblər. İndi artıq Qarabağda gedən tikinti işlərinin ciddi yoxlanılmasına başlanılıb. Xankəndinin nümayəndəsi, Ağdamda tikintiyə birbaşa məsul olan şəxs işdən azad olunublar. Tikilntidə ciddi nöqsanlar aşkarlanır. Növbədə yəqin qanun pozuntularına yol verənlərdir. Hələ verilən mənzillərin kimə aid olduğu haqda da haqlı narazılıqlar var. Cənablar, qardaşlar, vallah belə olmaz! Qarabağa özəl münasibət olmalıdır, orada şəhidlərimizin qanı hələ qurumayıb. Heç olmasa, o müqəddəs torpağa tökülən müqəddəs qandan çəkinin”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri