Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
“Hazırda orta aylıq əməkhaqqı 1174 manat təşkil edir. Bu məbləğdən aşağı və həmin həddə pensiya alanlar isə bütün pensiyaçıların 90 faizindən çoxunu təşkil edir. Yəni bu 90 faizdən çox olan pensiyaçılarımızn pensiya məbləğləri və pensiya kapitalları tam indeksasiya olunacaq”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü plenar iclasında "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.
O qeyd edib ki, 1174 manatdan yuxarı olan pensiya məbləğlərinə isə diferensial əmsallar tətbiq edilməklə indeksləşdirmə aparılacaq.
Onun sözlərinə görə, məqsəd pensiyaların alıcılıq qabiliyyətinin və vətəndaşların rifahının daha səmərəli şəkildə qorunması, pensiya artımlarında sosial ədalət prinsipinin gücləndirilməsidir.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:99
Bu xəbər 30 Sentyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















