Icma.az
close
up
RU
Pensiya ilə bağlı qalmaqal: “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”

Pensiya ilə bağlı qalmaqal: “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər”. 

Bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı "Konstitusiya və suverenlik" ili çərçivəsində keçirilən "Qadın iştirakçılığının təbliği" adlı konfransın "Bərabərikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" mövzusuna həsr edilmiş panel sessiyasında deyib. Onun sözlərinə görə, bu yanaşmaya heç kim etiraz etməməlidir: 

"Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermirlər. Bu kimi hallar təqaüd məsələsinə də təsir göstərə bilər. Belə hallarda kişinin əməkhaqqının bir hissəsi qadının pensiya fonduna keçirilə bilər. Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişinin özü qadını işləməyə qoymayıb". 

Pensiya yığım kapitalının ikiyə bölünməsi məsələsi ilə bağlı ictimaiyyətin fikirləri birmənalı deyil. Bu barədə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquqşünas Sahib Məmmədov öz “Facebook” səhifəsində yazıb ki, Milli Məclis üzvləri bəzən qeyri-standart açıqlamalar verir: 

“Sonra media nümayəndələri də bizlərdən izahat istəyirlər. Dünən Milli Məclisin deputatı, hörmətli Mübariz Qurbanlı belə bir fikir söyləyib ki, həyat yoldaşını işləməyə qoymayan kişinin əməkhaqqının bir hissəsinin qadının pensiya fonduna keçirilməsi qanuniləşdirilə bilər. Mərkəzi İcra Hakimiyyəti orqanına 10 il rəhbərlik etdiyi dövrü çıxmaqla 1995-ci ildən Milli Məclis üzvü olan çox savadlı bir şəxsin bu fikirləri ilə bağlı mənim özümdə də suallar yaranıb. 

Dövlət Sosial Müdafiə Fondu kişinin həyat yoldaşını işləməyə qoymamasını necə müəyyən edəcək? Rəsmi statsitikaya inansaq, Azərbaycanda əmək qabiliyyəti yaşında olan iqtisadi qeyri-fəal əhali ümumi işləyənlərin 23%-ni təşkil edir. Bunların da çoxu qadınlardır. 

İndi Dövlət Sosial Müdafiə Fondu hansı kriteriya ilə müəyyən edəcək ki, qadın əri icazə vermədiyi üçün işləyə bilməyib? Yaxud qadın sadəcə könüllü olaraq evdar qadın olub? Yaxud yaşadığı ərazidə müvafiq iş olmayıb və o da yaxın ərazidə işin olmadığına əmin olduğu üçüb heç məşğulluq orqanlarında uçota da durmayıb”. 

S.Məmmədovun fikrincə, bir yol qalır: 

“Gərək qadın məhkəmə qaydasında idda qaldırsın ki, ərim məni işləməyə qoymur. Məncə, ərini məhkəməyə verə bilən qadın onun “işləmə” qadağasını da iqnor edə bilər. Digər problemə gəldikdə, qadın məhkəmə yolu ilə sübut etdi ki, onu işləməyə əri qoymayıb. Bu halda kişinin yığım kapitalı iki hissəyə bölünəcək və 90% halda hər ikisində yığım kapitalı əmək pensiyası yaşına çatana qədər minimum həddə çatmayacaq (bu ildən 46080 manat) və bu halda əgər sığorta stajı da 25 ildən az olacaqsa, hər ikisi əmək pensiyası hüququndan məhrum olacaq. Həm də onsuz da əmək pensiyası yığıma əsaslanır. 

Onu iki yerə böləndə də nəticədə eyni məbləğ alınır və evə gələn pensiya istənilən hada eyni məbləğdə olur. Bu halda onun ikiyə bölünməsinin mənası nədir? Yığım kapitalı bölünürsə, bu halda sığorta stajı da bölünməlidir. Bu, necə baş verə bilər? Bu hal olsa əmin olun ki, 95% halda heç biri əmək pensiyası ala bilməyəcək”. 

S.Məmmədov deyir ki, “Əmək pensiyaları haqqında” Qanuna görə, ər (arvad) vəfat etdikdə arvadın (ərin) əmək pensiyası hüququ yaranarsa ərinin (arvadının) əmək pensiyasını ala bilər: 

“Yəni tutaq ki, ər əmək pensiyası yaşına çatıb və ya çatmamış vəfat edib, amma onun kifayət qədər yığım kapitalı var. Bu halda arvad (əksi də ola bilər) əmək pensiyası yaşına çatanda, onun əmək pensiyası ərinin əmək pensiyasıdan azdırsa, o zaman ərinə aid əmək pensiyasını ala bilər. Məndə hələ məsələnin ən sadə forması ilə bağlı suallar yarandı. Boşanma halında necə olacaq? Evlilikdən dərhal sonra kişi arvadına işləmək qadağası qoyub, xanım da etiraz etməyib. Amma evliliklərindən 20 il keçəndən sonra birdən qərara gəlib ki, kişini məhkəməyə versin. Bu halda məsələ necə həll olunacaq?” 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri