Icma.az
close
up
RU
Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? AÇIQLAMA

Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda ev almaq istəyənlərin ən çox maraqlandığı mövzulardan biri də yığılmış pensiya kapitalından vaxtından əvvəl istifadə imkanıdır. Xüsusilə Türkiyə və bəzi Avropa ölkələrində bu təcrübənin uğurla tətbiq edilməsi yerli sosial sistemdə də oxşar addımların atılıb-atılmayacağı sualını doğurur. Məsələ ondadır ki, bir çox ölkədə vətəndaşlar həm daşınmaz əmlak, həm də biznes qurmaq üçün illərlə topladıqları vəsaiti öncədən çıxara bilirlər.
Demokrat.az xəbər verir ki, ölkəmizdə bu mexanizmin tətbiqi ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. İqtisadçı Eyyub Kərimli globalinfo.az-a istinadla bildirir ki, məsələ aktual olsa da, mövcud sığorta sistemi müəyyən məhdudiyyətlər yaradır. O, vəziyyəti belə izah edir:
“Qardaş Türkiyədə də belə imkan var. İnsanlar müəyyən hallarda əvvəlcədən topladıqları kapitaldan istifadə edə bilirlər. Bizdə rəsmi arqument ondan ibarətdir ki, Azərbaycanda həmrəylik sığortası sistemi tətbiq olunur. Yəni hazırda pensiya alanların sayı çoxdur və Sovet İttifaqı dağıldıqdan sonra uzun müddət pensiya hüququ olmayan insanlar mövcud olub. Hazırda işləyən gənclərin ödədiyi sosial sığorta haqları bu şəxslərin pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Gələcəkdə isə iqtisadi vəziyyət yaxşılaşdıqca, sonrakı nəsillərinin ödədiyi vəsait hesabına bizim pensiyalarımız veriləcək”.
Görünən odur ki, sistemin tam fərdi yığım formasına keçməsi üçün hələ zamana ehtiyac var. Köhnə dövrdən qalan keçid mərhələsi bitməli, əmək bazarı tamamilə rəsmiləşməlidir. Yalnız sosial fondlarda kifayət qədər əlavə vəsait toplandıqdan sonra bu yeniliyin tətbiqi mümkün ola bilər. Ekspert bu barədə qeyd edir:
“Sovet dövründən qalma keçid mərhələsi tam başa çatdıqdan, əmək münasibətləri tam rəsmiləşdirildikdən və insanların əmək stajları sosial sistemdə tam əks olunduqdan sonra sosial müdafiə fondlarında əlavə vəsaitlər formalaşacaq. Hər kəs öz pensiyasını tam şəkildə ala bildiyi mərhələdə, hesab edirəm ki, pensiya kapitalından erkən istifadə məsələsi də öz həllini tapa bilər”.
Yəni, bu imkanın nə vaxt reallaşacağı hələ dəqiq deyil, lakin iqtisadi islahatların gedişatı gələcəkdə bu qapının açıla biləcəyinə işarə edir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Fevral 2026 00:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri