Icma.az
close
up
RU
Pensiya kapitalı vərəsələrə verilmir AÇIQLAMA

Pensiya kapitalı vərəsələrə verilmir AÇIQLAMA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır.

Millət vəkili və iqtisadçı-ekspert Vüqar Bayramov da sosial media hesabında Azərbaycanda pensiya kapitalının istifadəsindən yazıb. Deputat qeyd edib ki, hazırda vəfat etmiş şəxsin pensiya kapitalı müəyyən hallarda vərəsələrinə ötürülə bilər: “Azərbaycanda dünyasını dəyişən şəxsin pensiya kapitalından bir sıra hallarda vərəsələrinin istifadəsi nəzərdə tutulub. Hazırda mövcud qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Belə ki, vəfat etmiş şəxslərin 18 yaşına çatmamış,18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs və ya təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək övladları bu hüquqdan yararlana bilirlər. Eyni zamanda, ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə də, bu hüquq şamil olunur.

“Əmək pensiyaları haqqında" Qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır”.


Cəmiyyətdə pensiya kapitalının vərəsələrə verilməsi ilə bağlı müəyyən çaşqınlıq yarandığını vurğulayan iqtisadçı-ekspert Xalid Kərimli isə Sherg.az-a açıqlamasında deyib ki, pensiya kapitalı vərəsələrə verilmir – mövzu yanlış anlaşılır: 


“Məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır. Əvvəla onu deyim ki, Azərbaycanda vəfat etmiş şəxsin fərdi pensiya kapitalının birbaşa vərəsələrə ödənilməsi praktikası və hüquqi mexanizmi mövcud deyil. Məsələ tamamilə başqa – ailə başçısını itirməyə görə pensiya hüququ ilə bağlıdır. Yəni söhbət “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində qeyd olunan ailə başçısını itirməyə görə əmək pensiyası hüququndan gedir.

Mövcud qanunvericiliyə əsasən, ailə başçısını itirmiş şəxslərdən yalnız əmək qabiliyyəti olmayan və ya qanunla müəyyən edilmiş sosial statusa malik olan ailə üzvləri bu hüquqdan istifadə edə bilərlər. Yəni vəfat etmiş və ya həlak olmuş ailə başçısının18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, yaxud da təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar övladları 23 yaşına çatanadək ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmçinin də ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə, onlar da ailə başçısını itirməyə görə pensiya alırlar. Bu məsələnin vəfat edən şəxsin pensiya kapitalının hansısa formada vərəsələrinə verilməsi məsələsi ilə heç bir əlaqəsi yoxdur. Burada əsas mexanizm vəfat etmiş şəxsin pensiya kapitalının bölüşdürülməsi deyil, onun sığorta stajı və pensiya hüququna əsasən ailə üzvlərinə müəyyən pay düşməsi prinsipidir".


 Qanunvericiliyə edilən son dəyişikliklərin izahını verən ekspert bildirib ki, ailə başçısının vəfat etdiyi tarixə qədər toplanmış, lakin istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə pensiyanın hesablanmasında mənbə kimi nəzərə alınır:

 “Bu, kapitalın birbaşa vərəsəyə verilməsi deyil, sadəcə olaraq pensiya məbləğinin formalaşdırılmasına təsir göstərən texniki göstəricidir. Sözügedən kateqoriyaya aid olan şəxslər vəfat etmiş ailə başçısının pensiya hüququndan müəyyən nisbətdə faydalana bilirlər, yəni vəfat etmiş şəxsin pensiya kapitalının əsasında ailə üzvlərinə əmək pensiyası təyin olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 May 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri