Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Pensiya kapitalını öncədən almaq olar?

Pensiya kapitalını öncədən almaq olar?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ölkədə pensiya sistemi ən aktual  mövzulardan biridir. 

Pensiya yaşının çox olması, pensiya kapitalının toplanması, erkən yaşda pensiyaya çıxma, vətəndaşın ölümündən sonra pensiyanın varislər arasında bölüşdürülməsi kimi məsələlər davamlı olaraq müzakirə olunur. Bu istiqamətdə redaksiyamıza daxil olan müraciətdə isə bildirilir ki, vətəndaşın 60 yaşı var, pensiya yaşına çatmayıb və onkoloji xəstədir. 

Pensiya kapitalına toplanmış pulu şərtlər daxilində birdəfəlik istifadə edə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, başqa ölkələrdə bu proses müqavilələrə bağlıdır və özəl təqaüd fondları da var: 

“Burada yalnız xəstələrə və yaxud hansısa problemli şəxslərə yox, hamıya eyni qanun tətbiq  olunmalıdır. Hamının pensiya kapitalına çıxış imkanı ya olmalı, ya da olmamalıdır. Azərbaycanda “olmalı deyil” məntiqi ilə gediblər. Bu, qətiyyən doğru deyil. Məsələn, bəzi insanlar ömrü boyu işləyiblər, bəzilərinin hesabında 100-150 min manat vəsait var. Həmin vəsaiti niyə əldə etmək imkanı olmasın? Qanunvericilikdə dəyişiklik olunmalıdır. Burada iki yol var. 

Birincisi, minimum yığım hissəsindən artıq olanın götürülməsinə icazə verilməlidir. Bu da çox az vətəndaşı əhatə edə bilər. Yaxud dövlətlə vətəndaş arasında yeni müqavilə mədəniyyəti yaranmalıdır. Hazırda özəl pensiya fondları haqqında qanun layihəsi də hazırlanır. Bu qanun qəbul olunarsa, daha asan olacaq. 

Özəl pensiya fondları ilə müqavilə bağlayarkən vətəndaş fərdi qaydada öz şərtlərini qoya bilər. Ancaq bunun üçün 100-ə yaxın qanunvericilik dəyişməlidir. Çünki bir çox qanunlarda minimum ödənişlərin həcmi ilə bağlı DSMF-nin bəndləri var. Ancaq fərdi qaydada olsa, məsələn,  özəl pensiya fondu ilə müqavilə bağlasam, neçə manat ödəyəcəyimi seçə biləcəyəm. Çünki gələcəkdə təqaüd alıb-almayacağım, yaxud nə qədər alacağım bunlara bağlı olacaq”. 

Ekspertin sözlərinə görə, indiki sistemdə belə deyil:

“Ona görə də bu yalnışdır. Hamının o kapitala çıxış imkanı olmalıdır. Məsələn, 60 yaşa qədər işləmişəm, 100 min kapitalım var, ölkədən köçürəm. Bəlkə mən Amerikaya, Avstraliyaya köçmək istəyirəm. Mən niyə yığdığım vəsati DSMF-də qoymalıyam? İnsanların o vəsaitə çıxış imkanlarının bəlli bir məntiqi və alqoritmi olmalıdır. Burada nəsillərarası dayanışma artıq işləmir. 

Əvvəllər belə bir fəlsəfə var idi ki, gənclər işləyib qocaları saxlayır, sonra onlar qocalır, növbəti nəsil gəlib işləyir, DSMF-yə pul ödəyir, onlar da qocaların təqaüdünü ödəyir. Bu yalnışdır. Hər kəs özünə cavabdeh olmalıdır. Məntiqlə DSMF-yə ödənişlərin həcmi, o vəsaitdən istifadə olunma həcmi də vətəndaş və dövlət arasındakı müqavilələrə bağlı olmalıdır. Bu gün hamı DSMF-nin ödəyicisidir, ancaq müqaviləmiz yoxdur, sadəcə bizim məsuliyyətimiz var. 

O zaman hüquqlarımız niyə yoxdur? DSMF-nin də cərimələmək, qərar vermək hüququ var, ancaq məsuliyyəti yoxdur. Burada məsuliyyət və səlahiyyət məsələsi fərdi müqavilələrlə tənzimlənməlidir”. Redaksiyamıza olan müraciətlə bağlı sorğumuza cavab olaraq DSMF-dən bildirilib ki, vətəndaşa əlillik təyin olunarsa, ona əlilliyə görə pensiya ödənilə bilər. Bu isə onu göstərir ki, pensiyaya çıxmadan öncə pensiya kapitalını almaq mümkün deyil. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Pensiya Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri