Pensiya kartındakı pul niyə artmır? Bunları MÜTLƏQ BİLMƏLİSİNİZ KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Banklar pensiya kartındakı vəsait uzun müddət istifadə edilmədikdə avtomatik olaraq əlavə faiz və ya bonus hesablamır. Bu yalnız müştəri ilə bank arasında bağlanan müqavilədə xüsusi olaraq nəzərdə tutulduğu halda mümkündür”.
Əkrəm Həsənov
Bu fikirləri KONKRET.az-a açıqlamasın da iqtisadçı ekspert Əkrəm Həsənov bildirib. Belə bir ödəniş mexanizmi qanunvericilikdə məcburi deyil və tərəflərin razılaşmasına əsaslanır:
“Yalnız o halda mümkündür ki, bu məsələ müştəri ilə bank arasında bağlanan müqavilədə nəzərdə tutulmuş olsun. Müştəri müqavilədə bunu tələb edə bilər. Deyə bilər ki, müqaviləmdə yazılsın ki, bank istifadə olunmayan vəsaitə görə faiz verməlidir. Bank da buna razılaşsa, bunu müqavilədə göstərə bilərlər”.
Ekspertin sözlərinə görə, hazırda əksər banklar pensiya kartlarında saxlanılan vəsaitə görə əlavə gəlir təqdim etmir. Bu səbəbdən vətəndaşlar bankla müqavilə bağlayarkən şərtlərlə diqqətlə tanış olmalı və öz maraqlarına uyğun maddələrin əlavə edilməsini tələb etməlidirlər.
Qeyd edək ki, pensiya kartları əsasən vəsaitin rahat istifadəsi üçün nəzərdə tutulsa da, bəzi hallarda uzun müddət hərəkətsiz qalan məbləğlər bankların dövriyyəsində qalır. Bu isə müştərilərin əlavə qazanc imkanlarının müqavilə şərtlərindən asılı olduğunu göstərir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Yanvar 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















