Icma.az
close
up
RU
Yunanıstana getməzdən əvvəl bunları mütləq BİLMƏLİSİNİZ!

Yunanıstana getməzdən əvvəl bunları mütləq BİLMƏLİSİNİZ!

Icma.az bildirir, News24 portalına istinadən.

Yunanıstan, tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə hər il minlərlə turisti özünə cəlb edir. Bu ölkəyə səyahət etməzdən əvvəl bəzi vacib məqamları bilməyiniz, tətilinizi daha rahat və zövqlü keçirməyinizə kömək edəcək.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Yunanıstanda dövlət qurumları və bir çox mağaza səhər saat 07:00-dan 14:00-a qədər açıq olur. 14:00-17:00 arasında isə “siesta” adlanan istirahət vaxtıdır. Bu saatlarda bir çox yer ya bağlanır, ya da məhdud xidmət göstərir. Bazar günləri isə əksər dükan və müəssisələr tamamilə bağlı olur. Bu səbəbdən, rəsmi işlərinizi və alış-verişlərinizi səhər saatlarına planlamağınız tövsiyə olunur.

Əgər Yunan adalarını ziyarət etmək fikriniz varsa, xüsusən yay aylarında və tətil dövrlərində feribot biletləri tez tükənə bilər. Bu səbəbdən biletinizi öncədən almaq həm zaman qazandıracaq, həm də planlarınızın pozulmasının qarşısını alacaq.

Yunanıstanda bir çox restoran və kiçik müəssisələr kart qəbul etmir. Bu səbəbdən yanınızda mütləq nağd pul və ehtiyac halında istifadə edə biləcəyiniz bank kartı olmalıdır. Turistik bölgələrdə ATM-lər olsa da, sahil yerlərində nağd pul işinizi asanlaşdıracaq.

Ölkənin gözəl çimərliklərinin çoxunda cankurtaran xidməti olmur. Üzməyi yaxşı bacarmayanlar üçün bu riskli vəziyyət yarada bilər. Mütləq təhlükəsiz ərazilərdə və diqqətli şəkildə çimmək tövsiyə olunur.

Yunanıstanda, xüsusilə turistik bölgələrdə İngilis dili geniş yayılıb. Yunanca bilməsəniz belə, rahatlıqla ünsiyyət qura, yol soruşa və sifariş verə bilərsiniz.

Yunan xalqı, türklərə bənzər şəkildə, qonaqpərvər və yardımsevərdir. Onlarla ünsiyyətinizdə səmimiyyət və istilik hiss edəcəksiniz.

Yunanıstan UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş 15 tarixi məkana sahibdir. Bundan başqa, dünyada ən çox arxeoloji muzey bu ölkədə yerləşir. Tarix və mədəniyyət həvəskarları üçün unudulmaz bir təcrübə olacaq.

Yunanıstanda bəzi günlərdə rəsmi qurumlar və mağazalar bağlı olur. Əsas tarixlər:

6 yanvar – Epifani

25 mart – Müstəqillik Günü

28 oktyabr – Oxi Günü

Əgər Yunanıstana səyahətinizi planlayırsınızsa, festival tarixlərinə uyğunlaşdırmağınız maraqlı təcrübələr yaşamağınıza səbəb olar. 2025-ci ildə baş tutacaq bəzi önəmli festivallar:

Atina-Epidaurus Teatr Festivalı

Selanik Beynəlxalq Film Festivalı

Rockwave Musiqi Festivalı

Atina Açıq Hava Film Festivalı və s.

Bordo pasport sahibləri Yunanıstana səfər üçün Schengen vizası almalıdırlar. Lakin yaşıl, boz və qara pasport sahibləri 90 günə qədər vizasız səyahət edə bilərlər.

Rəsmi adı – Helen Respublikasıdır.

Bayrağındakı mavi və ağ rənglər dəniz və azadlığı, xaç isə xristianlığı simvolizə edir.

Ölkədə 13 inzibati bölgə mövcuddur.

Yunanıstana getməzdən əvvəl bu məqamları nəzərə almağınız, daha planlı və təhlükəsiz bir səyahət təmin edəcək. Gözəl çimərliklər, zəngin tarix və mehriban insanlar sizi gözləyir!

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri