Pensiya və müavinətlərdə artım: Nazir 2027 ci ilin planını açıqladı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu ilin ilk 10 ayında pensiya ödənişlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 6,5 milyard manata çatdığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, nazir müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərin isə 7,9 faiz artımla 1,1 milyard manat təşkil etdiyini diqqətə çatdırıb.
Hesabat dövrünün sosial göstəricilərini açıqlayan A.Əliyev ölkə üzrə orta aylıq pensiyanın 10,3 faiz artaraq 596 manata, yaşa görə orta aylıq pensiyanın isə 11,1 faiz yüksələrək 634 manata çatdığını qeyd edib. O vurğulayıb ki, pensiyaların orta aylıq əməkhaqqına nisbəti 51 faiz, yaşa görə pensiyaların nisbəti isə 54 faiz təşkil etməklə Beynəlxalq Əmək Təşkilatının tövsiyə etdiyi 40 faizlik həddi əhəmiyyətli dərəcədə üstələyir. Online shopping Azərbaycan
Əmək bazarındakı dinamikaya toxunan nazir cari dövrdə ölkə üzrə orta aylıq əməkhaqqının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 1173 manata yüksəldiyini, Əmək və Məşğulluq altsisteminin məlumatlarına əsasən əmək müqavilələrinin sayının isə 1,2 faiz artdığını bildirib.
Son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən və ümumi maliyyə dəyəri 8 milyard manat olan beş böyük sosial islahat paketinin icra olunduğunu xatırladan A.Əliyev 2027-ci ilin dövlət və icmal büdcəsi layihələrində altıncı sosial islahat paketi ilə bağlı da müvafiq maliyyə təminatının yaradıldığını qeyd edib. Nazir dövlət və icmal büdcələrinin gələn il də sosial yönümlülüyünü qoruyacağını, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının gücləndirilməsi üçün zəruri maliyyə bazasının formalaşdırıldığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















