Icma.az
close
up
RU
Paşinyan siyasətdən gedir: İstefa mesajının detalları

Paşinyan siyasətdən gedir: İstefa mesajının detalları

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan hökuməti hərəkətə keçdi. Belə ki, Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağı yeni konstitusiya layihəsinin bu həftə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasında yeni Konstitusiya layihəsinin bir sıra müddəaları ilə bağlı müzakirələr davam edir.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.
Təbii ki, Azərbaycan buna qəti şəkildə etiraz edir və Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini Azərbaycan əsas şərt kimi irəli sürür.
Ermənistan reallıqlarla barışır?
Nəzərə alaq ki, Ermənistanla Rusiya arasında münasibətlər xeyli pisləşib. Bu vəziyyət isə ilk öncə iki ölkə arasındakı sosial-iqtisadi münasibətlərə təsir edir.
 

Rusiyadan uzaqlaşıb Qərbə sığınmaq istəyən Ermənistanın hazırkı hökumətinin bu sahədə də ümidləri doğrulmayıb. Çünki Avropa sözdə Ermənistana qucaq açsa da, reallıqda bu ancaq xəyal olaraq qalır.


Təsadüfi deyil ki, Ermənistanın baş nazir Dublində olarkən bəyan edib ki, Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər:
"Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm... Biz hər hansı bir tərəfdaşdan uzaqlaşmaq və digərləri ilə yaxınlaşmaq istəmirik. Biz sadəcə olaraq öz balanslaşdırılmış xarici siyasətimizi yürüdürük".
Bu etirafı ilə erməni baş nazir bir növ reallıqlarla barışmaq məcburiyyətində olduqlarını bəyan edib.
Əslində bunun alternativi də yoxdur.
Çünki Rusiyadan uzaqlaşmaq Ermənistanı sosial-iqtisadi gərginliyə sürükləyir. Qərbin boş vədləriylə də büdcə dolmur. Belə vəziyyətdə isə Ermənistan üçün yeganə çıxış yolu region ölkələri ilə münasibətləri normallaşdırmaqdır.
 

Nəzərə alaq ki, Ermənistanın dünya bazarına ən rahat çıxışı Türkiyə və Azərbaycan üzərindəndir. Eyni zamanda, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanı Rusiya və Qərbin boyunduruğundan çıxara bilər.


Nəhayət, Paşinyan hökuməti bu reallığı dərk edib, qəbullanır. Təsadüfi deyil ki, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması üçün son günlər müəyyən addımlar atılır.
Məsələn, ötən həftə Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması məqsədilə qanunvericiliyə dəyişiklikləri ilk oxunuşda qəbul edib. Layihənin lehinə parlamentin növbədənkənar iclasında 64 deputat səs verib. Müxalifət müzakirələrdə iştirak etməyib.
Digər tərəfdən Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən “Aİ-nin genişlənməsi üzrə 2026-cı il Sammiti” çərçivəsində “Euronews”a müsahibəsində Azərbaycanla sülhün və regional əməkdaşlığın inkişafının Cənubi Qafqaz üçün yeni perspektivlər yaratdığını bildirib.
Paşinyanın sözlərinə görə, bu proses xüsusilə logistika və beynəlxalq yükdaşımalar sahəsində yeni imkanlar açır. Baş nazir qeyd edib ki, hazırda əsas məsələlərdən biri Vaşinqtonda paraflanmış sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir.
O, həmçinin regionun nəqliyyat və infrastruktur əlaqələrini gücləndirməli olan TRIPP layihəsinin həyata keçirilməsi planlarından danışıb.
Paşinyan vurğulayıb ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq qlobal təchizat zəncirlərindəki böhranın aradan qaldırılmasına kömək edə və Cənubi Qafqazın beynəlxalq arenadakı mövqeyini gücləndirə bilər.
Başqa bir mühüm hadisə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündə Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılması müzakirə olunub.
 

Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar. 


Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub.
Məlumat üçün qeyd edək ki, ötən ilin noyabr ayından bəri Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. 
Paşinyan bu gün daha qətiyyətli görünür.
Təsadüfi deyil ki, Paşinyan bu günlərdə ölkənin Müstəqillik Bəyannaməsini “anti-dövlət mətni” adlandırıb:
“Mən çıxışlarımda dəfələrlə demişəm ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır. Çünki belə bir mətnlə müstəqil dövlətə sahib olmaq mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən xəbər verir. Tariximizdən dərs çıxarmalıyıq”.
Halbuki bir müddət əvvəl Paşinyan Azərbaycanla sülh sazişi ilə bağlı danışarkən bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması 2031-ci ilə qədər reallaşmalıdır.
Təbii ki, bu bəyanatdan sonra Paşinyan həm ölkə daxilindən, həm də xaricdən ciddi basqılarla üzləşdi. Görünür, sülh sazişinin imzalanmasını əngəlləyən amillərin aradan qaldırılması üçün erməni lider hərəkətə keçib.
Paşinyan böyük siyasətdən gedir?
Ermənistanın baş naziri son günlərdə daha bir maraqlı açıqlama verib. Paşinyan bildirib ki, sülh sazişi imzalanıb ratifikasiya ediləcəyi təqdirdə baş nazir kimi fəaliyyətini başa vuracaq:
 

“Strategiyamız ondan ibarətdir ki, problemimiz kənardan nə deyilməsində deyil, məqsədimizə doğru irəliləməyimizdədir. Əks halda bu, mümkün deyil. Biz də tariximizdən bu dərsi çıxarmışıq.


Məqsədim budur: sülh sazişi imzalanıb ratifikasiya ediləcəyi təqdirdə baş nazir kimi fəaliyyətimi başa vuracağam. Əgər bu baş verməsə, bunu şəxsi uğursuzluğum hesab edəcəyəm”.
Bəs, Paşinyan son günlər səsləndirdiyi fikirlərində nə qədər səmimidir?
Bunu da yaxın zamanda öyrənəcəyik.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Noyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri