Icma.az
close
up
RU
Pensiya yaşı 5 il azaldıla bilər DETALLAR KONKRET

Pensiya yaşı 5 il azaldıla bilər DETALLAR KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onların pensiyaya çıxma müddətinin 5 ilə qədər azaldılmasına şərait yaradır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun PR departamentinin müdiri Rəşad Mehdili Oxu24.com-a bildirib ki,Qanunvericiliyə görə aşağıda qeyd edilən kateqoriyadan olan şəxslər daha erkən yaşda pensiya hüququ qazanırlar.

“Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il güzəşt edilməklə yaşa görə pensiya hüququ vardır.

Həmçinin qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla erkən pensiya hüququ vardır;

Əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınların fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;

Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;

Hərbi qulluqçuların və xüsusi rütbəli şəxlərin qanunvericiliklə tələb olunan xidmət müddəti olduqda və xidmətdən buraxıldıqda onların yaş həddindən asılı olmayaraq pensiya hüququ var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Mart 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri