Icma.az
close
up
RU
Pensiyaçılar pensiyalarını ikiqat artımla alacaqlar Deputatdan açıqlama

Pensiyaçılar pensiyalarını ikiqat artımla alacaqlar Deputatdan açıqlama

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir. Yəni bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş haqqıdır. Nəhayət, qanunla müəyyən edilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərəncam veriləcək”.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli 2026-cı ilin pensiya artımları ilə bağlı  suala aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox, növbəti ilin yanvar ayında olur.
“Ona görə də 2026-cı ilin pensiya artımları barədə çoxsaylı müraciətləri sistemləşdirərək, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq birincisi, pensiya indeksləşdirmə prinsipinə əsasən müəyyənləşdirilir.
“Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun həyata keçirilir.
Əvvəlki illərin göstəricisinə 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqının nominal artım göstəricisinə uyğun olaraq 8,1% artırılıb. Həmin qayda ilə bu il də əmək pensiyaları 2025-ci ilin orta aylıq əmək haqqının artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.
Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb. Rəsmi açıqlamalarda isə 9–9,2% arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın dəqiq faizi isə gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq.

Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident sərəncamı veriləcək”, - deputat qeyd edib.

Təxmini artıma gəldikdə deputat deyib ki,  ötən il median pensiya səviyyəsində (təqribən 360 manat) pensiya alanların pensiyası təxminən 33 manat artaraq 393 manata, orta pensiya ətrafında (543 manat) pensiya alanların pensiyası isə 50 manat artırılaraq 593 manata çatacağı gözlənilir.

Artım kimlərə şamil olunacağa gəldikdə isə deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq, pensiya artımı əmək pensiyalarının hər üç növünə şamil ediləcək: Yaşa görə, ailə başçısını itirməyə görə, əlilliyə görə. “Bu artım təxminən 1,1 milyon pensiyaçını əhatə edəcək”, - o qeyd edib.

Yanvar ayında artımın verilməməsi səbəbinə gəldidkə deputat deyib ki,  2025-ci il üzrə əmək haqqının orta illik artım göstəricisi hələ məlum olmadığından, pensiyaçılar yanvar ayında əvvəlki məbləğdə pensiya aldılar: “Artan pensiyalar yanvar və fevral ayları üzrə birlikdə fevral ayında ödəniləcək. Məsələn:  Pensiyası 400 manat olan pensiyaçının pensiyası fevralda həm yanvar, həm də fevral artımları ilə birlikdə 474 manat olacaq.

Mart ayından isə pensiya 437 manat səviyyəsində ödəniləcək.
Fərdi hesabın artımı isə “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsi ildə bir dəfə inflyasiyaya uyğun indeksləşdirilir. 2025-ci il üzrə fərdi hesablar 5,6% səviyyəsində artırılacaq. Məsələn:
Minimum pensiya təminatı (320 manat) üçün fərdi hesab 46,080 manatdan 48,660 manata çatacaq.

Fərdi hesabı 60,000 manat olan pensiyaçının vəsaiti isə 63,360 manata yüksələcək.
Əmək pensiyalarında artım: təxminən 9%
Fərdi hesabın artımı: 5,6%

Yanvar ayı üzrə artımlar fevral pensiyası ilə birgə ödəniləcək.
Pensiyaların illik indeksləşdirilməsi vacibdir, amma qiymətlər də artır. Buna görə də real təsir üçün antiinflyasiya tədbirlərinin görülməsi vacibdir ki, pensiya artımı inflyasiyanın “yeminə” çevrilməsin və pensiyaçılar həyatında real müsbət təsir göstərsin”.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri