Icma.az
close
up
RU
Pensiyaçılara kommunal xidmətlərdə güzəşt ola bilər KONKRET

Pensiyaçılara kommunal xidmətlərdə güzəşt ola bilər KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlər üzrə maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin müəyyən hissəsinin qarşılanması mexanizmi geniş tətbiq olunur. Məsələ Azərbaycanda da bu cür təcrübənin mümkünlüyünü gündəmə gətirib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, dünya təcrübəsində həssas sosial qrupların, o cümlədən pensiyaçıların rifahını yaxşılaşdırmaq üçün müxtəlif alətlərdən istifadə edilir. Onun sözlərinə görə, kommunal xidmətlər üzrə güzəştli tariflərin müəyyən olunması bir çox ölkələrdə, xüsusilə də keçmiş SSRİ məkanında geniş tətbiq edilən mexanizmlərdəndir.

“Bu yolla hökumət əslində gəlirlərin yenidən bölüşdürülməsi üçün yeni bir zəmin yaradır. Həssas qruplar daha əlverişli şərtlərlə kommunal xidmətlərə çıxış əldə edir, bu isə onların ailə büdcəsini daha optimal idarə etməsinə şərait yaradır. Pensiya və təqaüdlərin digər sahələrə – sağlamlıq, istirahət və sosial ehtiyaclara yönələn hissəsi genişlənir,” – deyə ekspert qeyd edib.

Rəşad Həsənov hesab edir ki, Azərbaycanda da belə mexanizmin tətbiqi üçün iqtisadi imkanlar mövcuddur:

“Burada yalnız müvafiq qanunvericiliyin formalaşdırılması və qeyd edilən məsələnin həlli üçün hüquqi baza yaradılması qalır. Texniki baxımdan hər hansı maneə yoxdur.”

Bununla belə, ekspert hökumətin hazırkı siyasətinə diqqət çəkərək yaxın perspektivdə belə güzəşt mexanizmlərinin tətbiqinin gözlənilmədiyini vurğulayıb:

“Bu istiqamətdə hər hansı müzakirə getmir. Yaxın zamanda bu tip güzəştlərin tətbiq olunması ehtimalı çox aşağıdır.”

Beləliklə, dünyada geniş tətbiq olunan model Azərbaycanda da mümkündür, lakin mövcud siyasi və iqtisadi yanaşma fonunda hələlik gündəmdə deyil.

Aynurə İsmayıl
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri