Icma.az
close
up
RU
PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... Statistikanın acı tərəfi

PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... Statistikanın acı tərəfi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Son günlər həssas sosial təbəqə üzvlərini, yəni pensiyaçıları düşündürən əsas məsələlərdən biri də pensiya ödənişlərinin nə qədər artacağı ilə bağlıdır. Son illər istehlak bazarında artan qiymətlər, gündəlik xərclərin hər ötən gün bir qədər də yüksəlməsi və inflyasiya fonunda minlərlə vətəndaş gözünü pensiya məbləğlərində baş verəcək mümkün artımlara dikib.

Qeyd edək ki, hələlik pensiya artımının dəqiq faizi açıqlanmayıb. Lakin artımın hesablanmasına artıq bu aydan etibarən başlanılıb. 2025-ci ilin ilk 11 ayının nəticələrinə görə ölkə üzrə orta aylıq əməkhaqqı 9,3 faiz artıb. İl üzrə yekun göstəricinin isə təxminən 9,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Pensiya artımları yanvarın 1-dən qüvvəyə minsə də, faktiki ödəniş fevral ayında həyata keçiriləcək. Beləliklə, pensiyaçılar artmış məbləği fevral ayından etibarən alacaqlar. Eyni zamanda, yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunaraq birlikdə ödəniləcək.

Bəs maraqlıdır, son illər pensiyalardakı artım əhalinin gündəlik xərclərini ödəməyə kifayət edirmi?

Apardığımız statistik təhlilə görə, son on ildə Azərbaycanda pensiyaların nominal məbləğində artımlar olsa da, inflyasiya, demoqrafik göstəricilər və pensiya alanların sayındakı azalma bu artımın real təsirinə əhəmiyyətli təsir edib.

Pensiyalar son 10 ildə necə artıb?

Dövlət Statistika Komitəsi və açıq mənbələrin məlumatına əsasən, 2015–2025-ci illər arasında əmək pensiyalarının orta aylıq məbləği belə dəyişib:

-2015 – 177,6 manat;

-2016 – 192,1 manat;

-2017 – 205,5 manat;

-2018 – 221,3 manat;

-2019 – 263,5 manat;

-2020 – 302,2 manat;

-2021 – 331,8 manat;

-2022 – 372,1 manat;

-2023 – 441,3 manat;

-2024 – 491,3 manat;

-2025 – 536,3 manat.

Beləliklə, son 10 ildə orta pensiya məbləği təxminən 3 dəfə artıb. Nominal baxımdan bu ciddi artım kimi görünsə də, məsələ bununla bitmir. Çünki pensiya artımının real dəyərini anlamaq üçün onu inflyasiya ilə müqayisə etmək vacibdir.

Son 10 ilin inflyasiya göstəriciləri isə göstərir ki, qiymət artımı bir çox illərdə yüksək olub və pensiya artımlarına əhəmiyyətli dərəcədə təsir göstərib:

-2015 – 4,0 %;

-2016 – 12,4 %;

-2017 – 12,9 %;

-2018 – 2,3 %;

-2019 – 2,6 %;

-2020 – 2,8 %;

2021 – 6,7 %;

2022 – 13,9 %;

2023 – 8,8 %;

2024 – 5,1 %;

2025 – 5,6 %.

Xüsusilə 2016, 2017 və 2022-ci illərdə ikirəqəmli inflyasiya pensiya artımının mühüm hissəsini faktiki olaraq “əridib”.

2025-ci ildə isə istehlak qiymətləri ümumilikdə 5,6 % artıb. Qida məhsulları üzrə bu artım 6,8 % təşkil edib ki, bu da pensiyaçıların xərclərinə birbaşa təsir göstərir. Nəticə etibarilə, pensiyalar nominal olaraq artsa da, alıcılıq qabiliyyəti eyni sürətlə yüksəlməyib, bəzi illərdə isə faktiki olaraq geriləyib.

Məlumata görə, ötən ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin dekabr ayına nisbətən 5,2 %, o cümlədən qida məhsulları və tütün məmulatları üzrə 6,4 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 6,5 % artıb. Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,8 % artıb. O cümlədən qida məhsulları və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 % yüksəlib. Dekabrda ayrı-ayrı qida məhsullarından daha çox artım manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, azalma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub.

Pensiya yaşına çata bilməyənlər – statistikanın acı tərəfi

2024-cü ilin ölüm statistikası isə pensiya sistemi ilə bağlı daha ciddi sosial problemi üzə çıxarır. Həmin il Azərbaycanda 58 909 nəfər vəfat edib. Onlardan 47 % kişi (15 281 nəfər), 29,5 % qadın (7 811 nəfər) pensiya yaşını görə bilməyib. Ümumilikdə 23 092 nəfər, yəni vəfat edənlərin 39,2 %-i pensiya yaşına çatmadan dünyasını dəyişib.

Digər diqqətçəkən məqam isə yaşa görə pensiya alanların sayındakı azalma ilə bağlıdır. Əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, son illərdə bu rəqəm 700 min nəfər civarına düşüb. Təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayında 146 min nəfər azalma, yəni 17 % geriləmə qeydə alınıb.

Yekun olaraq demək olar ki, son 10 ildə pensiyaların artımı inflyasiyanı tam kompensasiya etmir. Xüsusilə ərzaq və xidmət qiymətlərinin sürətli yüksəlişi pensiyaçıların gündəlik xərclərini daha da ağırlaşdırır. Digər tərəfdən, vətəndaşların əhəmiyyətli hissəsinin pensiya yaşına çatmaması və pensiya alanların sayının kəskin azalması hökumətin sosial sahədəki siyasətinə yenidən baxılmasını zəruri edir.

E. Bəyməmmədli
"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2026 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see397

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see247

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see172

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see146

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri