Toydan sonra dava düşdü Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Balakən rayonunda 1992-ci il təvəllüdlü Siyavuş toy məclisində sonra şadlıq sarayının həyətində həmkəndlisi Elbəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 1-də rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayının həyətində baş verib.
Siyavuş həmin gün, gecə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Elbəyin baş nahiyəsinin sol tərəfinə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Siyavuşun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Siyavuş bildirib ki, dövlət qurumlarından birində nəzarətçi köməkçisi işləyir:
“Oktyabrın 1-də, saat 18 radələrində qohumum Elmanın toy mərasiminin keçirildiyi şadlıq sarayında spirtli içki qəbul etdim. Həmin vaxt əvvəldən tanıdığım həmkəndlim Elbəyin sərxoş vəziyyətdə zalda əyləşdiyi masadan bir neçə dəfə qalxaraq mənim əyləşdiyim masada oturmaq üçün bizə yaxınlaşdı. Lakin Elbəy sərxoş olduğuna görə ona fikir vermədim. Həmin tarixdə, təxminən saat 23 radələrində evə getmək üçün masadan qalxdım və şadlıq sarayının həyətinə çıxdım. Bu zaman Elbəy həyətdə mənə yaxınlaşaraq əl-qol hərəkətləri ilə danışmağa başladı. Mübahisə vaxtı Elbəyin saymazlıq etməsinin səbəbini soruşdum və onu itələdim. Məndə ürək ritmini tənzimləyən xüsusi cihazının olduğunu və ona dəyməməsini bildirdim, onu özümdən kənara itələdim. Bu zaman Elbəy ünvanıma nalayiq ifadələr işlətdi, həmin yeri tərk etdi. Şadlıq sarayının 2-ci həyət qapısından küçəyə çıxmaq istədiyim zaman Elbəy mənə tərəf gəldi, ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə buna əhəmiyyət vermədim. Lakin Elbəy yenidən nalayiq ifadə işlətdi. Mən geri qayıdaraq onun baş nahiyəsinə bir yumruq zərbəsi vurdum. Nəticədə o, yerə yıxıldı. Bu zaman Elbəy daha ünvanıma nalayiq ifadə işlətmədi. Daha sonra isə həmin yeri tərk etdim. Özümü təqsirli bilirəm, törətdiyim əmələ görə peşmanam”.
Balakən Rayon Məhkəməsinin hökmü ilə Siyavuş 2 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalında həbs edilib. Onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 may 2025 ci il tarixdən hesablanması qərara alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti verib. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının ev həbsi ilə əvəz olunması istənilib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:54
Bu xəbər 29 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları