Icma.az
close
up
RU
Pensiyaların indeksləşdirilməsinin bu şəxslərə təsiri olmayacaq Ekspert

Pensiyaların indeksləşdirilməsinin bu şəxslərə təsiri olmayacaq Ekspert

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ilin yanvar-noyabr aylarında orta aylıq nominal əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artdığı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildiyimiz kimi, yaşa görə əmək pensiyaları Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əmək haqqının artım tempinə əsasən müəyyən olunur. Belə olan halda, gələn il pensiyalar nə qədər arta bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, artıq ötən ilin ilk 11 ayının statistik göstəriciləri məlumdur:
“Ehtimal etmək olar ki, sonuncu ayda – dekabrda ciddi dəyişiklik olmayacaq. Çünki əvvəlki illərin göstəricilərinə baxdığımız zaman açıq şəkildə görünür ki, orta aylıq əmək haqqının artım tempində dekabr ayı ciddi dəyişiklik olmur. Əvvəlki illərin təcrübəsi də göstərir ki, ilin sonuncu ayında nominal əmək haqqında ciddi artımlar, ya da azalmalar olmur. Məsələn, 2023-cü ilin noyabr ayında orta aylıq əmək haqqının 11,2 faiz artdığı açıqlanmışdı. Bir aydan sonra – ilin axırında məlum oldu ki, orta aylıq əmək haqqının artımında heç bir dəyişiklik olmayıb. Noyabrda olduğu kimi dekabrda da artım 11,2 faiz olub. 2022-ci ildə də oxşar vəziyyət olub. Noyabr ayında 14,6 faiz olan artım, ilin sonunda 14,7 faiz olub. Ona görə də təxmin etmək olar ki, ötən ilin sonunda da 8 faizlik artımda ciddi dəyişiklik olmayacaq. Bu isə o deməkdir ki, yaşa görə əmək pensiyalarının orta məbləği hər 100 manatda təxminən 8 manat həddində artacaq. Əgər ehtimal etdiyimiz kimi orta aylıq əmək haqqı 8 faiz həddində artacaqsa, onda minimum səviyyədə pensiya alanların pensiyası yanvar ayında təxminən 302 manat olacaq. Fevral ayının 1-dən isə minimum pensiyanın məbləği 320 manat olacağı üçün hazırda minmum səviyyədə pensiya alanlar üçün orta aylıq əmək haqqının hansı səviyyədə artmasının ciddi bir əhəmiyyəti qalmayacaq. Yəni bu il üçün pensiyaların indeksləşdirilməsinin minimum pensiya alanlara heç bir təsiri olmayacaq. Onlar indeksləşdirilmədən asılı olmayaraq fevral ayının 1-dən etibarən 320 manat pensiya alacaqlar.  Bundan başqa, 300 manat pensiya alanların pensiyasında təxminən 24 manat, 400 manat pensiya alanların pensiyasında isə təxminən 32 manat artım olacağı təxmin edilir”.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri