Icma.az
close
up
RU
Ekspert: Dəyişikliklərin daşınmaz əmlak bazarına nəzərəçarpacaq təsiri olmayacaq

Ekspert: Dəyişikliklərin daşınmaz əmlak bazarına nəzərəçarpacaq təsiri olmayacaq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.


İqtisadi ekspert Xalid Kərimli Sherg.az-a söyləyib ki, bu sahədə hökumət ciddi işlər görməyi planlaşdırır:


"Əvvəllər vergi dərəcəsi 14 faiz idi, lakin burada müəyyən şəffaflıq problemləri mövcud idi. Kirayə verənlər arasında vergidən yayınma halları çox olurdu. Çünki bu prosesi tam nəzarətdə saxlamaq bir qədər çətindir. Bəzən insanlar kirayə müqaviləsi bağlamır, rəsmi qeydiyyatdan yayınır və nəticədə nə vergi, nə də hesabatlılıq qalır. Sahibkarlarla bağlı məsələlər müəyyən qədər tənzimlənib, lakin kirayə münasibətlərində hələ də problemlər qalır. Bu dəyişikliklərin əsas məqsədi vergi gəlirlərini artırmaq və sistemi daha şəffaf etməkdir. Əsas məqam ondan ibarətdir ki, əgər əvvəllər 14 faiz vergi tutulanda belə insanlar bu öhdəliyi yerinə yetirmirdilərsə, indi 10 faizə endirilməsinin də ciddi təsiri olmayacaq. Çünki vergi ümumiyyətlə ödənilmədikdə, dərəcənin 14 və ya 10 faiz olması fərq yaratmır. Dəyişikliklərdən biri də verginin kim tərəfindən ödənilməsi ilə bağlıdır. Əvvəllər fiziki şəxs ilə hüquqi şəxs arasında bağlanan kirayə müqaviləsində vergi gəliri əldə edən tərəfin yəni kirayə verənin üzərinə düşürdü. İndi isə bu qayda dəyişib: vergi artıq ödəmə mənbəyində, yəni kirayə haqqını ödəyən tərəf -kirayəçi tərəfindən tutulacaq. Beləliklə, əsas fərq budur: əvvəl vergi kirayə verən tərəfindən ödənilirdi, indi isə kirayə götürən ödəməlidir. Eyni zamanda, dərəcə 14 faizdən 10 faizə endirilib. Əgər kirayə verən əvvəllər 14 faiz vergi ödəyirdisə, indi 10 faiz ödəməsi onun gəlirliliyini artıra bilər və bu, bazarda qiymət artımına səbəb ola bilər. Digər tərəfdən, əgər sıfır faiz ödəyənlər (yəni vergidən yayınanlar) məcburi şəkildə 10 faiz ödəməyə cəlb olunarsa, bu, daşınmaz əmlakın gəlirliliyini azaldar və qiymətlərin enməsinə səbəb ola bilər".


Ekspert qeyd edib ki, nəticə tam olaraq vergi intizamının səviyyəsindən asılıdır:

"Hazırkı şəraitdə, bu dəyişikliklərin Azərbaycan daşınmaz əmlak bazarına nəzərəçarpacaq təsiri olmayacaq. Təsir yalnız o halda müşahidə oluna bilər ki, kirayə münasibətləri tam şəkildə rəsmiləşdirilsin, bütün kirayə mənzillər və obyektlər vergi orqanlarında qeydiyyata alınsın. O zaman vergi yükünün azalması müəyyən qədər bazarı stimullaşdıra bilər. Hazırda isə nə kirayə bazarının tam həcmi, nə də onun hansı hissəsinin rəsmi şəkildə fəaliyyət göstərdiyi məlumdur. Buna görə də bu dəyişikliyin qiymətlərə konkret təsirini indidən söyləmək mümkün deyil".


Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri