Icma.az
close
up
RU
Pensiyalarla bağlı mühüm yenilik: gözlənilən tarix və şərt bilindi

Pensiyalarla bağlı mühüm yenilik: gözlənilən tarix və şərt bilindi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda özəl pensiya fondlarının yaradılması vətəndaşların diqqətində olan məsələdir. Artıq bununla bağlı işlərə start verilib. Ötən günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırda bu istiqamətdə qanunvericilik bazası hazırlanır və razılaşdırma mərhələsindədir. Onun sözlərinə görə, sənədin parlamentin payız və ya gələn ilin yaz sessiyasında təqdim olunacağı gözlənilir.

Özəl pensiya fondu nələri dəyişə bilər?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, özəl pensiya fondları ölkədə pensiya artımının dayanıqlılığını təmin edə, həmçinin pensiyaların indeksasiyasına müsbət təsir göstərə bilər:

“Gələcəkdə vətəndaşların pensiya məbləğinin tam şəkildə varislərinə ötürülməsinə də dəstək ola bilər. Beynəlxalq təcrübədə bəzi hallarda özəl pensiya fondları vəsaitlərin saxlanması ilə bağlı yüksək faiz dərəcələri təklif edir. Yəni banklarda olduğu kimi onlar depozitlər və müxtəlif investisiya layihələri təqdim edərək pensiya alanların gəlirlərini artırmağa imkan yaradır. Bu isə təqaüdçülərin daha yüksək pensiya almasına şərait yaradır. Digər tərəfdən, özəl pensiya fondları vasitəsilə dövlət büdcəsinin yükünün azalması, həmçinin pensiya artımlarının indeksasiyasına əlavə müsbət təsirlərin olması mümkündür”.

Eyyub Kərimli

İqtisadçı qeyd edib ki, özəl fondların inkişafı maliyyə bazarının genişlənməsinə və investisiya imkanlarının çoxalmasına da şərait yaradacaq:

“Belə fondlar vətəndaşlarda maliyyə savadlılığını artıraraq uzunmüddətli planlaşdırma vərdişlərinin formalaşmasına gətirib çıxarır. Həmçinin pensiya təminatında rəqabət mühiti yaradaraq xidmətlərin keyfiyyətini yüksəldə bilir. Özəl pensiya fonduna qoşulmaq üçün vətəndaş müəyyən şərtlərə cavab verməlidir. Bunlar arasında rəsmi iş stajı, əməkhaqqından müəyyən faizlə fonda ödəniş etmək və müvafiq yaş həddi yer alır. Fonddan vaxtından əvvəl çıxarış halları isə yalnız qanun layihəsi qəbul edildikdən sonra məlum olacaq”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri