Icma.az
close
up
RU
Pensiyasının düzgün hesablanması üçün 125 rəsmi müraciət ünvanladı, amma… “ƏMƏK VETERANI” HAQSIZLIĞA ETİRAZ EDİR

Pensiyasının düzgün hesablanması üçün 125 rəsmi müraciət ünvanladı, amma… “ƏMƏK VETERANI” HAQSIZLIĞA ETİRAZ EDİR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının “Əmək Veteranı”, pensiyaçı Elşad Dadaşlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Şikayət etdiyim məsələ ilə bağlı Sizin hər hansı səlahiyyət sahibi olmadığınızı bilirəm. Sadəcə, kifayət qədər insanın ağrılı yeri olan bu məsələ ilə bağlı şikayətlərim ünvanladığım səlahiyyət sahiblərinə şəxsən çatdırılmadan və bəlkə də oxunmadan, bir qayda olaraq “cavablandırıldığına”, bilavasitə haqsızlıqda əməyi və maraqları olan bir nazirliyə yönləndirildiyinə görə, aldığım “cavab”ların da qərəzli, özünü haqlı çıxarmaq üçün yazıldığını görmək elə də çətin deyildır.

Öz dövlətinə 50 ilə yaxın sədaqətlə xidmət etmiş mütəxəssislərin ən ağrılı yeri olduğuna görə, hazırda bu ədalətsizliyin bərpasına köməkdən savab iş, əməl təsəvvür edə bilmirəm.

01.01.2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun VII fəslindəki haqsızlıqla əlaqədar konkret təkliflərlə müvafiq nazirliyə, Milli Məclisə, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və digər əlaqədar qurumlara artıq 125 rəsmi müraciətim olub. Həmin qanun, mənim kimi öz dövlətinə əsas xidmətləri 2006-cı ilədək olmuş minlərlə mütəxəssisə qarşı haqsızlıqdır, allahsızlıqdır, hüquqlarının pozulmasıdır! 48 il öz dövlətinə sədaqətlə xidmət etmiş bir “Əmək Veteranı” kimi, pensiyaya çıxanda 2006-cı ilədək olan dövr üçün strateji dövlət qurumlarındakı, əsasən məsul rəhbər vəzifələrdə 6 ili dövlət qulluğu olan 27 il fasiləsiz stajımı, ömründə 1 il o dövlətə işləməyənlərlə və işləyənlərin isə vəzifələrinə fərq qoymadan, nazirliyin utanmadan, minnət qoymaqla “hədiyyə” adlandırdığı hər ilə 306 manat şərti ilə hesablanmış 169 manatı ədalətsiz, təhqir hesab edirəm və qəbul edə bilmirəm!

Hesab edirəm ki, mənim kimi mütəxəssislərin 2006-cı ilədək pensiyalarının həmin vaxtın qanununa görə hesablanması daha doğru və ədalətli olardı.

2006-cı ilədək ödənilmiş sosial sığorta haqlarının məbləği ilə bağlı “dürüst məlumatların olmaması” bəhanəsilə minlərlə mütəxəssisin haqqı olan pensiyasını ən azı 5 dəfə kəsib, əvəzində verilən o dilənçi payı necə “hədiyyə” ola bilər?!

Artıq 4 ilə yaxındır ki, bununla bağlı 70-dən artıq rəsmi müraciət etdiyim 30 deputatın biri belə bu barədə Milli Məclisdəki müzakirələrdə danışmamışdır.

Çox çətinliklə qəbulunda olduğum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin böyük olmayan rəsmiləri və əlaqə saxladığım bəzi deputat köməkçiləri söhbət zamanı haradasa mənimlə razılaşır, lakin əhalinin ən həssas təbəqəsi -pensiyaçılara qarşı bu haqsızlığın aradan qaldırılmasının, guya, səlahiyyətləri xaricində olduğu və ya “2006-cı ilədək dürüst məlumatların olmaması” bəhanəsi ilə lazımsız, yayındırıcı “cavab”larla başlarından edirlər.

Yalnız Milli Məclis aparatından aldığım - “bu məsələyə Milli Məclisin müvafiq Komitəsində baxıla bilər” cavablarına rəğmən, artıq 4 ildir ki, hələ də “baxılır”. 

Bütün müraciətlərim sayğısızlıqla, qoyduğum suallara cavab verilmədən, təkliflərimə münasibət bildirilmədən, “cavab verildi” xatirinə qərəzli, məntiqsiz, standart yazılarla yola verilir. Böyük səlahiyyət sahiblərinin qəbuluna düşmək isə bilirsiniz ki, müşkül bir məsələdir.

Cənab Prezidentə etdiyim müraciətlər barədə, görünür, məlumat çatdırılmır.

Mən hesab edirəm ki, müraciətlərdə verdiyim təkliflərə sayğılı yanaşmaqla, hər il pensiyaların artımı zamanı öz dövlətinə müxtəlif strukturlarda, oxşar vəzifələrdə xidmət etmiş mütəxəssislərin pensiyalarında 5-10 dəfə və daha artıq, heç bir ölkədə olmayan fərqi azaltmaq olardı və “Əmək pensiyaları haqqında” Qanuna bəzi dəyişikliklər etməklə bu haqsızlıqlar aradan qaldırıla bilərdi!.

Hörmətli redaksiya!

Mən öz dövlətimə sədaqətimi 48 il fəaliyyətimlə sübut etmişəm və yenə o dövlətə sadiqəm! Lakin o dövlətin verdiyi səlahiyyətlərdən yararlanan bir qrup məmur tərəfindən, mənim o dövlətə etdiyim 27 illik xidmətimi sıfırlayıb, o dövlətə olan inamımın, etibarımın məqsədli olaraq sarsıdılması ilə barışa bilmərəm və bu allahsızlığın aradan qaldırılması üçün ömrümün sonuna kimi çalışacağam!

Odur ki, Sizdən xahiş edirəm, 5 dəqiqə özünüzü mənim yerimə qoyaraq, hər ay mənim pensiya alanda sözlə ifadə edə bilmədiyim hansı ağrı-acıları yaşadığımı təsəvvür edəsiniz və mənə empatiya ilə yanaşmaqla, bu sahədə ədalətin bərpası üçün hər hansı bacardığınız köməkliyinizi əsirgəməyəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyada: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri