Icma.az
close
up
RU
Culfa sakini dalağı çıxarılan oğlunun pensiyasının kəsilməsinə ETİRAZ EDİR Rəsmi qurumlar isə...

Culfa sakini dalağı çıxarılan oğlunun pensiyasının kəsilməsinə ETİRAZ EDİR Rəsmi qurumlar isə...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Naxçıvan Muxtar Respublikası (MR), Culfa rayonu, Bənəniyar kənd sakini Məmmədli Vüsal Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

“Mən, Məmmədli Vüsal Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, oğlum Məmmədli Məhəmməd 5 yaşından dalağı çıxarıldı. 18 yaşına qədər pensiya alırdı. Anasına da baxıcı pulu verilirdi.

Oğlumun 18 yaşı tamam oldu, xəstəxanada müalicə gördü. Müalicə olunan müddətdə Culfada tibbi komissiyadan keçdi. Komissiyada problem olmadı. Bakıya göndəriş verildi və təsdiq edildi. Daha sonra Əlillərin Bərpa Mərkəzində əyani baxış keçirildi. Mənə deyilən söz bu oldu ki, “sizin oğlunuz xəstədir, amma pensiya düşmür”. Həkim deyir ki, trombositləri yüksəkdir. Mən də həkimə deyirəm ki, dalağı çıxarılan xəstənin trombositləri həmişə yüksək olar”.

Məsələ ilə bağlı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial  Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumdan əməkdaşımıza bildirildi: “Redaksiyanıza müraciət edən Məmmədli Vüsal Hüseyn oğlunun övladi ilə bağlı 2024-cü ilin 24 may tarixində Culfa rayon Mərkəzi Xəstəxanasından Naxçıvan Muxtar Respublikasının Tibbi Sosial Ekspert Komissiyasına vətəndaşa əlillik təyin edilməsi ilə bağlı müvafiq göndəriş daxil olub.  Lakin göndəriş natamam doldurulma səbəbindən, tibb müəssisəsinə geri göndərilib.

Müvafiq elektron sistem tərəfindən imtina verildiyi halda, vətəndaş müraciəti əsasında əyani müayinəyə dəvət edilib. 2024-cü ilin 10 oktyabr tarixində müayinə zamanı məlum olub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarına əsasən "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq vətəndaşın xəstəliyi əlilliyin təyin olunmasına əsas vermir. Bu barədə vətəndaşa məktubda göndərilib. Əlavə analiz nəticələri gətirilməsi istənilib. Lakin hələ ki, təqdim edilməyib. Hazırda imtina qərarı qüvvədədir”.

Aynurə MUSTAFAYEVA

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Dekabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri