Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək Kimlərə şamil olunur?
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb.
"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, pensiya yaşına çatması səbəbindən öz istəyi ilə işdən ayrılan və ya dövlət qulluğunda olmanın son yaş həddinə çatdığı üçün qulluğuna xitam verilən şəxslərə birdəfəlik haqq ödənilə bilər.
Təklif olunan mexanizmə görə, ödənişin hesablanacağı dövrü dövlət qulluqçusunun özü müəyyənləşdirəcək. Şəxs birdəfəlik ödənişi ya son 24 aylıq qulluq dövrü, ya da seçəcəyi ardıcıl 60 ay ərzində aldığı orta aylıq məvacib əsasında tələb edə bilər. Birdəfəlik haqqın məbləği həmin orta aylıq məvacibin 6 misli həcmində müəyyən edilir. pizza mizza
Layihənin mühüm detallarından biri də bu ödənişin vergidən, məcburi dövlət sosial sığorta haqqından və digər icbari tutulmalardan tam azad edilməsidir.
Məcəllədə, həmçinin başqa bir vacib sosial təminat mexanizmi də yer alıb. Pensiya yaşına çatması və ya əlilliyi səbəbindən öz təşəbbüsü ilə qulluqdan çıxan, minimum tələb olunan staja malik, lakin əmək pensiyası hüququ qazanmayan şəxslərə ömürlük müavinət təyin olunacaq. Həmin müavinətin məbləği fəaliyyətini davam etdirən dövlət qulluqçularının maaş artımlarına paralel olaraq müntəzəm şəkildə yenidən hesablanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Sentyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















