Icma.az
close
up
RU
ABŞ Konqresində UNO dinləmələri

ABŞ Konqresində UNO dinləmələri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sirli obyektlər nələrdən xəbər verir?

ABŞ Konqresində nümayiş etdirilən və Yəmən sahillərində qeydə alınmış naməlum uçan obyektin “Hellfire” raketinə qarşı tam toxunulmazlıq nümayiş etdirdiyi video bütün dünyada rezonans doğurub. Hadisə həm elmi, həm də hərbi təhlükəsizlik baxımından qlobal gündəmin əsas mövzularından birinə çevrilib. 2024-cü il oktyabrın 30-da baş verən bu hadisə MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı tərəfindən lentə alınıb. Kadrlar göstərir ki, ABŞ ordusunun yüksək dəqiqlikli “Hellfire” raketi obyektə dəydikdən sonra istiqamətini dəyişərək kənara çəkilir, naməlum uçan obyekt isə heç bir zərər görmədən əvvəlki trayektoriyası üzrə hərəkətini davam etdirir. Konqresmen Erik Berlison görüntüləri təqdim edərək bildirilib ki, “mən bunu izah etməyəcəyəm, siz öz gözlərinizlə görəcəksiniz”. Onun sözlərinə görə, bu hadisə ABŞ ordusunun arsenalındakı ən müasir silahlardan birinə qarşı tam toxunulmazlıq nümayiş etdirən naməlum texnologiyanı əks etdirir.

Məşhur jurnalist Corc Knapp da videonu izlədikdən sonra bildirib ki, “Hellfire” raketinin obyektə dəydikdən dərhal sonra sanki divara çırpılıb geri sıçraması hərbi texnologiya baxımından izaholunmaz hadisədir. Dinləmələrdə iştirak edən ABŞ Hərbi Hava Qüvvələrinin üç veteranı da şahid ifadəsi verib. Onlardan biri hərbi polis zabiti olmuş Ceffri Nuççetli göstərilən kadrlara “UNO-nun (Uçan Naməlum Obyekt) mövcudluğunun istisnasız sübutu” adını verib. O, xidmət illərində dəfələrlə qeyri-adi uçan obyektlər gördüyünü, o cümlədən nəhəng üçbucaqlı aparatlar, işıqlı kub formalı obyektlər və məşhur “Tic Tac” formalı UNO-lara rast gəldiyini vurğulayıb. Bu hadisə ABŞ Konqresində aparılan UNO və “naməlum anomaliya hadisələri” üzrə dinləmələrdə ən çox müzakirə olunan məqamlardan birinə çevrilib. İlk dəfə olaraq ictimaiyyətə ABŞ silahlı qüvvələrinin döyüş şəraitində naməlum obyektlə qarşılaşması və həmin obyektin müasir silahlara qarşı tam müdafiə qabiliyyəti nümayiş etdirməsi təqdim olunub.

ABŞ-da UNO-larla bağlı açıq dinləmələrin kökləri XX əsrin ortalarına gedib çıxır. “Rosuell hadisəsi” və daha sonra ard-arda baş verən “UFO dalğaları” Vaşinqtonda xüsusi komissiyaların yaradılmasına səbəb olub. Lakin uzun illər ərzində bu məsələ daha çox qapalı şəkildə, Pentaqonun hərbi hesabatlarında saxlanılırdı. Son onillikdə isə vəziyyət dəyişib. 2017-ci ildə “New York Times”ın dərc etdiyi məxfi hərbi pilot videoları – “Tic Tac” adı ilə məşhurlaşan UNO müşahidələri – mövzuya rəsmi yanaşmanı tamamilə yenilədi. Ardınca ABŞ Müdafiə Nazirliyi “UAP Task Force” adlı xüsusi bölmə yaratdı və 2021-ci ildə Konqresə ilk hesabat təqdim edildi. Bu hesabatda qeyd edilirdi ki, 2004–2021-ci illər arasında 140-dan çox UNO hadisəsi qeydə alınıb və onların əksəriyyətinin texnoloji izahı yoxdur.

Yəmən sahillərindəki insidentin xüsusiliyi ondadır ki, ilk dəfə ABŞ silahlı qüvvələrinin müasir silah sistemi naməlum obyektlə qarşılaşıb və təsirsiz qalıb. Bu, təkcə texnoloji yox, həm də strateji suallar doğurur: əgər belə obyektlər insan mənşəli deyilsə, onda bu, beynəlxalq təhlükəsizlik üçün nə deməkdir? Əgər insan mənşəlidirsə, hansı dövlət belə texnologiyaya malikdir və niyə gizli saxlayır? ABŞ ictimaiyyətində mövzuya münasibət ikili qalır. Bir tərəfdən, geniş əhali kütləsi və mediada bu hadisələr “insanlığın kainatda tək olmadığının sübutu” kimi təqdim olunur. Digər tərəfdən, skeptik alimlər və siyasətçilər bunun ya texniki nasazlıq, ya da rəqib dövlətlərin gizli silah sınaqları ola biləcəyini iddia edirlər.

Rusiya uzun illərdir UNO mövzularına şübhə ilə yanaşır. Moskva bu cür məlumatları ya “ABŞ ictimaiyyətini manipulyasiya etmək üçün fantaziya”, ya da “yeni texnoloji sınaqların üstünü örtmək üçün uydurma” kimi qiymətləndirir. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi 1990-cı illərdə öz pilotlarının da “anlaşılmaz uçan obyektlər” barədə hesabat verdiyini etiraf etmişdi. Lakin Kremlin rəsmi mövqeyi dəyişməz olaraq qalır: “Əslində, bu, sirr pərdəsi altında saxlanılan Amerika texnologiyasıdır”. Çin isə bu məsələyə daha praqmatik yanaşır. Pekin son illərdə “UNO-ların öyrənilməsi üzrə milli proqram” başladığını elan edib. Çin alimləri bildirirlər ki, bu cür obyektlər, əgər həqiqətən də mövcuddursa, texnoloji inqilaba yol aça bilər. Eyni zamanda, Çin hərbi dairələri hesab edir ki, ABŞ-ın belə kadrları ictimailəşdirməsi Qərb cəmiyyətində panika yaratmaqla yanaşı, Pekinə qarşı “psixoloji basqı” amili ola bilər.

Avropada isə yanaşma daha neytraldır. Fransa Müdafiə Nazirliyi artıq illərdir “GEIPAN” adlı xüsusi qurum vasitəsilə UNO müşahidələrini toplayır və ictimaiyyətlə paylaşır. Böyük Britaniyada isə Müdafiə Nazirliyi 2009-cu ildə “UFO desk” adlı bölməni bağlasa da, son illərdə yenidən ictimai maraq fonunda bu məsələyə qayıdıb. NATO dairələrində də Yəmən hadisəsi ilə bağlı müzakirələrin aparıldığı və “əgər bu obyektlər real təhlükədirsə, alyansın kollektiv cavab mexanizmləri necə olmalıdır?” sualının gündəmə gəldiyi bildirilir. Elmi dairələrdə də fikir ayrılığı var. Bir qrup alim bunun, sadəcə, texniki səhv və ya optik illüziya olduğunu iddia edir. Digər qrup isə hesab edir ki, artıq hökumətlərin açıq şəkildə qəbul etdiyi müşahidələr təsadüfi deyil və kainatda başqa sivilizasiyaların mövcudluğunu inkar etmək getdikcə çətinləşir.

Yəmən sahillərindəki insident təkcə ABŞ ictimaiyyətini deyil, bütün dünyanı düşündürür. ABŞ Konqresində yayımlanan görüntülər göstərir ki, məsələ artıq, sadəcə, “fantastik hekayə” çərçivəsində deyil, real təhlükəsizlik, texnologiya və beynəlxalq münasibətlər kontekstində müzakirə olunur. Dünya dövlətlərinin fərqli mövqeləri isə onu göstərir: UNO mövzusu yaxın illərdə həm geosiyasi rəqabətin, həm də elmi axtarışların əsas istiqamətlərindən birinə çevrilə bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see291

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see278

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see260

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see250

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see248

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see218

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see209

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see202

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see192

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see175

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see173

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see169

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see168

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see166

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see165

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see165

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see162

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see160

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see160

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri