Icma.az
close
up
RU
Pentaqon mülki personalı ixtisar edir

Pentaqon mülki personalı ixtisar edir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təxminən 60 min mülki personalı ixtisar etməyə hazırlaşdığı bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, “Associated Press” (AP) xəbər agentliyinin müdafiə səlahiyyətlilərinə əsaslanaraq dərc etdiyi xəbərdə nazirliyin 50-60 min mülki personalın işinə son verəcəyi vurğulanıb.

Məlumatda Tramp administrasiyasının federal işçilərə göndərdiyi “könüllü istefa” çağırışını qəbul edən 21 minə yaxın mülki işçinin yaxın aylarda qurumu tərk edəcəyi də qeyd edilib.

Həmin səlahiyyətlilər, 900 mindən çox mülki işçi qüvvəsi olan Pentaqonun bu işçi qüvvəsində 5-8 faiz ixtisar etməyi planlaşdırdığını və departamentin müntəzəm olaraq ayrılan işçiləri əvəz etməməklə ayda təxminən 6 min vəzifə azaltmağı hədəflədiyini söyləyiblər.

ABŞ Prezidenti Donald Trampla birlikdə Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) cavabdeh olan İlon Mask federal hökumətin ixtisar edilməli olduğunu bildirir.

San-Fransisko dairə məhkəməsinin hakimi Uilyam Alsup işdən qovulan federal işçilərlə bağlı işdə Tramp administrasiyasının əleyhinə qərar verib.

Ağ Evin federal işçiləri işdən çıxarmaq səlahiyyətinin olmadığını bildirən Alsup, Tramp administrasiyası tərəfindən Veteranlarla İş, Kənd Təsərrüfatı, Müdafiə, Enerji, Daxili İşlər və Xəzinədarlıq departamentlərində işdən çıxarılanların dərhal işlərinə bərpa olunmasını əmr edib.

San-Fransiskoda Tramp administrasiyasının kütləvi ixtisarına etiraz edən iddia, ölkə daxilində eyni mövzuda bir çox məhkəmə iddialarından yalnız biridir.

ABŞ Prezidenti Tramp vəzifəyə gəldikdən sonra milyarder iş adamı İlon Maskı rəhbər təyin etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə federal qurumlarda çalışan minlərlə insanı işdən çıxarıb.

Xüsusilə yeni işə qəbul edilənlər arasında kütləvi ixtisarlar nəticəsində ölkə daxilində bir çox həmkarlar ittifaqı və təşkilatlar Tramp hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri