Pentaqon naməlum uçan obyektlər haqqında dezinformasiya yayır Media
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pentaqon naməlum uçan obyektlər (UNO) haqqında dezinformasiya yayır. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
"ABŞ ordusu yadplanetlilərin texnologiyasına dair sübutlar uydurdu və real məxfi silah proqramlarını gizlətmək üçün şayiələrin yayılmasına icazə verdi", - məlumatda qeyd edilib.
Nəşrin məlumatına görə, ABŞ Konqresi Pentaqonun 1980-ci illərə aid insidenti üzə çıxaran dezinformasiyası ilə bağlı araşdırmaya başlayıb. Həmin vaxt Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasında ABŞ-ın çox məxfi obyektinin yaxınlığındakı bara baş çəkib.
Hərbçi müəssisə sahibinə uçan boşqabların göstərildiyi iddia edilən görüntüləri verib.
Mütəxəssislər hesab edirlər ki, Pentaqon real məxfi silah proqramlarını Sovet İttifaqından gizlətmək məqsədilə UNO-ların mövcudluğu haqqında dezinformasiya yayıb.
Baxış sayı:98
Bu xəbər 08 İyun 2025 04:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















