Pentaqon Suriyadan koalisiya qüvvələrinin çıxarılmasını təsdiqləmədi
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı məlumatlar təsdiqlənməyib.
Redaktor.az xəbər verir ki, bu barədə Pentaqon "RİA Novosti"nin sorğusuna cavab olaraq açıqlama verib.
Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi məsələ ilə bağlı konkret məlumat verməkdən imtina edərək jurnalistləri Mərkəzi Komandanlığa yönləndirib.
Qeyd olunub ki, Komandanlıq isə hələlik məsələ ilə bağlı sorğulara cavab verməyib.
Xatırladaq ki, Suriya Xarici İşlər Nazirliyi daha əvvəl beynəlxalq qüvvələrin geri çəkilməsinin İŞİD terror təşkilatına qarşı mübarizə məqsədlərinə nail olunması ilə əlaqədar olduğunu bildirib.
Məlumata görə, bu proses çərçivəsində bütün obyektlərin Suriya Ərəb Ordusunun nəzarətinə verildiyi və bunun yüksək təhlükəsizlik şəraitində, həmçinin Suriya və ABŞ hökumətləri arasında tam koordinasiya ilə həyata keçirildiyi qeyd olunub.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 Aprel 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















