Icma.az
close
up
RU
Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq SİYAHI HAZIRLANIR

Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq SİYAHI HAZIRLANIR

Publika.az-ə istinadən Icma.az xəbər verir Pentaqonda misli görünməmiş silkələnmə: Tramp onları qovacaq SİYAHI HAZIRLANIR.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası işdən çıxarılması planlaşdırılan Pentaqon zabitlərinin siyahısını hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər verib.

“Bu, Pentaqonda misli görünməmiş bir silkələnmə olacaq” nəşr yazıb.

Bildirilir ki, plan potensial olaraq Trampın siyasətini dəfələrlə tənqid edən ABŞ ordusunun təqaüdə çıxmış generalı Mark Millinin təyin etdikləri də daxil olmaqla, Birləşmiş Qərargah Rəisləri zabitlərinin işdən çıxarılmasını əhatə edə bilər.

Yeni sistemə keçid planları ilə tanış olan mənbənin sözlərinə görə, ilk istefa verənlərdən biri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun ola bilər.

Eyni zamanda, bəzi rəsmilər Ukrayna böhranı və Yaxın Şərq münaqişəsinin kəskinləşməsi fonunda Pentaqonun fəaliyyətini poza biləcəyi üçün “böyük kadr dəyişikliyinə” ehtiyac olduğuna dair şübhələrini bildiriblər.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri