Icma.az
close
up
RU
Pentaqonun mətbuat katibi vəzifəsindən azad edildi

Pentaqonun mətbuat katibi vəzifəsindən azad edildi

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Conatan (Con) Elliot vəzifəsindən azad edilərək başqa bir işə təyin edilib.

AZXEBER.COM Müsavat.com-a istinadən xəbər verir ki, bu addım, Pentaqonun 1947-ci ildə ABŞ ordusunda xidmət edən və sonra əsas beysbol liqasına (MLB) ilk afroamerikalı oyunçu kimi daxil olan Ceki Robinsonun hərbi keçmişi ilə bağlı onlayn məqaləni silməsindən sonra atılıb.

Qəzetin yazdığına görə, məqalənin silinməsi sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olduqda, Elliot baş verənləri izah etməyə çalışdığı bəyanatını "daha qeyri-adi aqressiv tonla” yaydı. Mətbuat katibi, müxtəliflik, bərabərlik və inklüzivlik siyasətinə qarşı mübarizənin "aqressiv müdafiəsi” ilə tənqid edilib.

Nəşrin məlumatına görə, Elliotun vəzifəsindən uzaqlaşdırılması ABŞ Müdafiə Nazirliyinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnellin işə başlaması ilə də əlaqələndirilir. Parnell uzun illər Pentaqon rəhbəri Pit Hegset ilə dostluq münasibətində olub və onun etimadını qazanıb. Qəzetin yazdığına görə, Elliot Müdafiə Nazirliyində başqa vəzifəyə təyin olunacaq.

Fevralın sonunda, Pentaqon rəhbərliyi, dövlət orqanları arasında müxtəliflik, bərabərlik və inklüzivlik mövzusunu təbliğ edən xəbərlərin və digər materialların silinməsi ilə bağlı, 2025-ci ilin mart ayının 5-nə qədər bütün mümkün addımların atılmasını tələb edən sənəd göndərib. Nazirlik belə məzmunu olan materiallara kritik irqi nəzəriyyə, gender ideologiyası, cinsiyyətə, irqə və etnik mənsubiyyətə görə ayrı-seçkilik və kvotalar barədə məlumatları daxil edir.

ABŞ prezidenti Donald Tramp 20 yanvarda andiçmə mərasimindən sonra federal orqanlarda inklüzivlik və müxtəliflik proqramlarının ləğvi barədə bir sıra fərmanlar imzalayıb və ölkədə yalnız iki cinsin – kişi və qadın – tanınmasına qərar verib. ABŞ hökumətinin səmərəliliyini artırma vəzifəsi ilə çalışan işçilər, təhsil və səhiyyə sistemlərində müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını həyata keçirən müqavilələri ləğv etməyə başlayıblar. Bunun ardınca isə ABŞ korporasiyaları işə qəbul prosesində müxtəliflik və inklüzivlik prinsiplərindən imtina ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri