Icma.az
close
up
RU
“People. planet. prosperity.” konsept mesajı ilə 2 ci “Sustainable Construction Summit” tədbiri keçiriləcək

“People. planet. prosperity.” konsept mesajı ilə 2 ci “Sustainable Construction Summit” tədbiri keçiriləcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

10 aprel 2025-ci il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçiriləcəkdir.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir bütöv günü əhatə etməklə Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarovun, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqlərindən, Azərbaycanda keçirilmiş COP29 təşəbbüslərinə dəstək məqsədilə imzalanmış “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, PMO.az-ın dəstəyi ilə keçiriləcək vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfərə yaxın rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunacaqdır.

Nəzərinizə çatdırırıq ki, “people.planet.prosperity.” konsepti dayanıqlı tikintinin əsas sütunlarını əks etdirir və insan rifahını, ekoloji məsuliyyəti və iqtisadi inkişafı prioritetləşdirən balanslı yanaşmanı vurğulayır. Bu konsept BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG-lərə) uyğun olan, hərtərəfli yanaşmanı əks etdirən “Yaşıl Layihə İdarəetməsi” tərəfindən hazırlanmış 5P standartları çərçivəsində formalaşdırılmışdır.

Zirvə “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, PMO.az Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə baş tutacaq.

“Green Public” startapının hə­mtə­sisçisi Tural Yusifovun moderatorluğu ilə keçiriləcək “Follow-up” adlı I panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov olacaqdır.

“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev çıxış edəcəklər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunacaq, eləcə də səmimi, dərin diskussiyalar zamanı aktual suallar cavablandırılacaq və dayanıqlı inşaatın inkişafına dair yeni ideyalar təqdim ediləcək.

Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında keçiriləcək “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşopa PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru Rəşad İbrahimov moderatorluq edəcəkdir.

“The Builder’s Awards” təltifetmə mərasimində isə ölkəmizdə tikinti sektorunun ən innovativ və uğurlu layihələrini bir araya gətirərək sahənin inkişafına töhfə verən şirkətlər mükafatlandırılacaq. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qalib elan ediləcək şirkətlər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçiləcək. Təltifetmə mərasimi eyni zamanda tikinti sektorunun aparıcı şirkətləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları üçün unikal platforma rolunu oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri