Icma.az
close
up
RU
“people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” tədbiri keçirilib

“people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” tədbiri keçirilib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

10 aprel 2025-ci il tarixində “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin və “PMD Projects” MMC-nin birgə təşkilatçılığı ilə “Sea Breeze Resort”da “people. planet. prosperity.” konsept mesajı ilə ikinci “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri keçirilib.

Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbir bir bütöv günü əhatə etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadənin açılış nitqlərindən, “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” üzrə müzakirələrə həsr olunmuş “Follow-up” adlı Davos tipli paneldən, “Açıq söhbət” adlı eksklüziv sessiyadan, PMO.az-ın dəstəyi ilə keçirilmiş vörkşopdan, eləcə də “The Builder’s Awards” təltifetmə mərasimindən ibarət olmaqla 7 spiker, həmçinin 250 nəfər rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadə açılış nitqində ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə etmənin vacibliyini vurğulayıb. O, dayanıqlı tikinti yanaşmalarının yalnız ekoloji deyil, həm də iqtisadi və sosial faydalar təmin edəcəyini qeyd edərək, bu istiqamətdə daha geniş əməkdaşlığa ehtiyac olduğunu bildirib.

“Green Public” startapının hə­mtə­sisçisi Tural Yusifovun moderatorluğu ilə keçirilmiş “Follow-up” adlı panelin spikerləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev, “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev olublar.

Paneldə şəhərsalma və inşaat sahəsində mövcud trendlər, dayanıqlı tikinti həlləri və layihə idarəçiliyinin əhəmiyyəti müzakirə olunub. Sözügedən sahədə yerli və beynəlxalq əməkdaşlığın inkişafı və innovativ yanaşmaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Sea Breeze Resort”un sahibi Emin Ağalarov isə çıxışı zamanı vurğulayıb ki, müasir tikinti layihələri ekoloji tarazlığı qorumaqla yanaşı, uzunmüddətli sosial və iqtisadi fayda da təmin etməlidir.

Emin Ağalarov

Həmçinin “Scott Brownrigg” şirkətinin direktoru Darren Komber də dayanıqlı tikinti ilə bağlı solo çıxış edib. O, çıxışında dayanıqlı tikintinin önəmini vurğulamaqla yanaşı, bu sahədə yenilikçi yanaşmaların tələblərə uyğun olaraq inkişaf etdiyini qeyd edib.

“Açıq söhbət” adlı eksklüziv sessiyada “NEF”in İdarə Heyətinin sədri və “Galatasaray”ın sabiq rəhbərlərindən biri olan nüfuzlu iş adamı Erden Timur, “Neo Portföy”ün İdarə Heyətinin sədri Bekir Yener Yıldırım, həmçinin Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov, “Huner Group”un təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Paneldə yaşıl tikinti həlləri, iqtisadi səmərəlilik və liderlərin dayanıqlılıq sahəsindəki rolu müzakirə olunub. Həmçinin açıq və dərin müzakirələr zamanı aktual suallar cavablandırılıb və dayanıqlı tikintinin inkişafına dair yeni yanaşmalar təqdim edilib.

“The Builder’s Awards” təltifetmə mərasimində ölkəmizdə tikinti sektorunun inkişafına töhfə verən şirkətlər mükafatlandırılıb. Bu nüfuzlu tədbirdə “Sustainable Construction Company Award”, “Environmentally-friendly Civil Project Award” və “Emerging Builder Award” nominasiyaları üzrə qaliblər elan edilib. Qaliblər müstəqil ekspert komissiyası tərəfindən şəffaf meyarlar əsasında seçilib.

Həmçinin Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər) və “Green Project Management” (GPM) tərəfindən hazırlanmış 5P standartı əsasında “Vörkşop: “people. planet. prosperity.” praktikada” adlı interaktiv vörkşop keçirilib. Vörkşopda praktiki təcrübələr və real dünya nümunələri əsasında dayanıqlı inkişafın layihə idarəçiliyi sahəsində necə tətbiq olunduğu nümayiş etdirilib.

Zirvə “Sea Breeze Resort”un baş sponsorluğu, “Mr. Fix” brendinin, “Huner Group”un və “AzVirt” MMC-nin “platinum” sponsorluğu, “IST” MMC-nin, “Sobsan Boya”nın və “Design Bureau”nun “gold” sponsorluğu, “Biznes Mərkəzi”nin, “Arter”in və “Ebiletstore”un tərəfdaşlığı, PMO.az Layihə Düşüncə Məktəbinin və “Dream Group International”ın təşkilati tərəfdaşlığı, həmçinin “Boomerang Agency”nin, “NS Studio”nun, eləcə də bizimyol.info və azvision.az xəbər saytlarının media tərəfdaşlığı ilə baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri