Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard manatlıq məhsul satılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 15 may, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,1 milyard manatlıq, o cümlədən 11,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq, o cümlədən 272 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 15 May 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















