Peres: Həmişə dünyanın ən yaxşılarını gətirməyə çalışıram
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Real"ın prezidenti Florentino Peres klubun heyəti, transfer siyasəti və yeni baş məşqçi planları ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az xəbər verir ki, klub rəhbəri ilk növbədə komandanın ulduz hücumçusu Vinisius Juniorun gələcəyinə toxunub.
Peres braziliyalı vingerin Madrid klubunda qalmasını istədiyini gizlətməyib:
"Ümid edirəm ki, Vinisius müqaviləsini yeniləyəcək. O, dünyanın ən yaxşı futbolçularından biridir".
"Kral klubu"nun transfer siyasəti barədə də danışan təcrübəli funksioner, hər zaman iddialı olduqlarını vurğulayıb:
"Hər kəs bilir ki, mən həmişə dünyanın ən yaxşı futbolçularını "Real"a gətirməyə çalışıram".
Florentino Peres komandanın başına keçəcək yeni baş məşqçi mövzusuna da aydınlıq gətirib. O, əllərindəki heyətlə böyük işlər görməyin mümkün olduğunu bildirib:
"Yaxşı məşqçi komandamızı işlək vəziyyətə gətirəcək. Çünki bizim dünyanın ən yaxşı oyunçuları var".
Madrid klubunun prezidenti vaxtilə "Real"ı çalışdırmış portuqaliyalı mütəxəssis Joze Mourinyo haqqında da qısa fikirlərini bölüşərək, "Mourinyo çox yaxşı məşqçidir" - deyə əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 29 May 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















