Icma.az
close
up
RU
“İl yarımdır Perinatal Mərkəzin işçiləri olaraq narahatıq...”

“İl yarımdır Perinatal Mərkəzin işçiləri olaraq narahatıq...”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü ilin yanvarında yanğın olan Perinatal Mərkəz o vaxtdan təmir adı ilə bağlanıb. İl yarımdır ki, işçiləri müxtəlif xəstəxanalara səpələniblər. Mərkəzin satıldığını, bağlandığını, əvvəlki iş yerimizə qaytarılacağımızı deyənlər var. Bilmirik necə olacaq, narahatıq, qeyri-müəyyən vəziyyətdə qalmışıq...”

Bu iddia ilə “Qafqazinfo”ya Respublika Perinatal Mərkəzinin bir qrup həkimi müraciət edib. 

Onların sözlərinə görə, xəstəxananın 400-ə yaxın işçisi müxtəlif tibb müəssisəsində müvəqqəti işlə təmin olunub: “Perinatal Mərkəzin peşəkar, fədakar həkimləri və tibb işçiləri sayəsində neçə-neçə ailə sevinib, biz yarımçıq doğulmuş uşaqların sağ qalması uğrunda mübarizə aparmışıq. Regionlardan yardım ücün gələn xəstələr respublikada yeganə olan bu xəstəxanadan evlərinə uşaqla dönüblər. Ötən il baş verən yanğından sonra xəstəxananı təmirə bağladılar.

Hazırda həkimlərimiz 1-ci və 2-ci səviyyəli xəstəxanalarda işləyirlər ki, orada da vaxtından əvvəl doğuşlar, riskli hamilələr qəbul olunmur. Ona görə də potensialı yüksək olan, 15 il ərzində çox ağır xəstələrlə işləyərək püxtələşmiş ginekoloq və reanimatoloq-neonatoloqlar hazırda işsiz qalıb, ya da öz potensialının heç 10 faizini realizə edə bilmir”.

Həkimlər onları narahat edən bu problemlə bağlı aidiyyəti qurumlara rəsmi ərizə ilə müraciət etdiklərini bildiriblər: “Yanğın 6 mərtəbəli binanın 4-cü mərtəbəsinin bir otağında baş verib və 2 aydan sonra binanın fasadı və 35 kv metrlik ərazi təmir olunub. Dəfələrlə aidiyyəti orqanlara, o cümlədən TƏBİB-ə müraciət ünvanlamışıq. KİV-ə açıqlamalarda ötən ilin sonunda xəstəxanada təmir işlərinin başlanacağı deyilsə də, hazırda heç təmir işi görülmür. Xahiş edirik ki, bizim bir kollektiv kimi səsimizin aidiyyəti qurumlara çatmasına köməklik göstərərsiniz”. 

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. 

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Yanğın nəticəsində 7 yeni doğulmuş körpə həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. 

Gülnar Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri