Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Perinatal ölüm göstəriciləri niyə yüksəlir? SƏBƏBLƏR və HƏLL YOLLARI

Perinatal ölüm göstəriciləri niyə yüksəlir? SƏBƏBLƏR və HƏLL YOLLARI

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son illərdə yalnız Azərbaycanda deyil, dünyada ana və uşaq ölümlərinin artması müşahidə olunur".

Oxu.Az xəbər verir ki, bu fikri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2023-cü il dekabrın 23-də mətbuata açıqlaması zamanı ifadə edib. O qeyd edib ki, ana ölümlərinin ötən il kəskin artmasının səbəblərindən biri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən metodologiyanın dəyişdirilməsi olub.

Bəs metodologiya nədən ibarətdir və necə olur ki, ana ölümlərinin artmasına səbəb olan bir praktika qəbul olunur?

Öncə ölkədə ana ölümlərinin statistikasını araşdırmağa cəhd etdik. Oxu.Az-ın 2023-cü ildə və 2024-cü ilin doqquz ayı ərzində neçə ana ölümünün qeydə alınması ilə bağlı sualına cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, bu məlumatlar illik hesablanır.

"Məsələn, 2022-ci ildə 18 ana ölümü qeydə alındığı halda (bu, hər 100 min diri doğulana 14.7 ana ölümü deməkdir), 2023-cü ildə 33 ana ölümü qeydə alınıb ki, bu da hər 100 min diri doğulana 29.3 ana ölümü deməkdir", - deyə məlumatda qeyd olunub.

Ana ölümlərinin sayının artmasının səbəbləri barədə Oxu.Az-ın sualını cavablandıran Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Sumqayıt Perinatal Mərkəzin rəhbəri, TƏBİB-in Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyasının üzvü Təranə Rəcəbli bildirib ki, ölkədə ekstragenital səbəbdən (yəni yan xəstəliklərlə müşayiət olunan hamiləlik) baş vermiş ana ölümlərinin artma tendensiyası müşahidə olunur.

O qeyd edib ki, ümumi ana ölümlərinin sayında artım müşahidə edilmir, əksinə, müəyyən qədər azalma mövcuddur:

"Ana ölümlərinə əsas səbəb kimi fertil (yəni reproduktiv) yaşlı qadınlar arasında ekstragenital xəstəliklərin, yəni yanaşı xəstəliklərin vaxtında aşkarlanıb, müalicə olunmamasını xüsusi vurğulamaq olar. Fertil yaşlı qadınlarımız planlaşdırılmış hamiləlikdən öncə müayinə olunmalıdırlar və xəstəlikləri aşkarlanaraq müalicə edilməlidir.

Hazırda ölkəmizdə ana ölümlərinin sayının minimuma endirilməsi istiqamətində ciddi addımlar atılır, əhali arasında maarifləndirmə işləri görülür. Həmçinin, tibb işçilərinin bu sahədə biliklərinin artırılması, yaranmış və yarana biləcək problemlərin aradan qaldırılması, eləcə də regionlarda və paytaxtda yerləşən tibb müəssisələrinin mövcud vəziyyətinin monitorinqi məqsədilə regional müşavirələr keçirilir".

Həkim bildirib ki, gələcək illərdə bu istiqamətdə daha müsbət nəticələr əldə etmək mümkündür:

"İlk növbədə fertil yaşlı qadınların ekstragenital xəstəliklərini vaxtında aşkar edib müalicə etmək, hamilələri erkən antenatal qulluğa cəlb etmək, risk qrupu hamilələri vaxtında aşkarlamaq və adekvat tədbirlər görmək, ailə planlaşdırılması işini gücləndirmək, abortların və cərrahi doğuşların sayını azaltmaq, eləcə də hamiləlik və zahılıq dövrü qanaxmaların, həmçinin preeklampsiya və eklampsiyaların qarşısının almaq vacib əhəmiyyət daşıyır".

Sumqayıt Perinatal Mərkəzinin rəhbəri, eyni zamanda vurğulayıb ki, hamiləliyə hazırlaşan hər bir qadın və onun ailəsi mümkün qədər əvvəlcədən məlumatlanmalı, ananın sağlamlığı üçün ölkəmizdə olan mövcud imkanlardan zamanında və müntəzəm yararlanmalıdır.

"Ana ölümlərinin səbəbləri müxtəlifdir. Onlar arasında birbaşa hamiləlik, zahılıq və doğuşla əlaqədar ölümlər, həmçinin yanaşı xəstəliklər və təsadüfi hallar da mövcuddur. Ekstragenital xəstəliklər, məsələn, bədxassəli şişlər və ya immun çatışmazlığı viruslarının yaratdığı xəstəliklər də ana ölümünə səbəb ola bilər.

Qeyd edim ki, vaxtından əvvəl doğulmuş, az və çox az çəkili körpələrin sayında da artım qeydə alınıb ki, bu da perinatal ölüm göstəricilərinə birbaşa təsir edən əsas amillərdən biridir. Xüsusilə, bu körpələr arasında tənəffüs çatışmazlığı üstünlük təşkil edir. Morfofunksional yetişməzlik səbəbindən belə körpələr küvəz şəraitində saxlanılmalı və tənəffüs funksiyası xüsusi cihazlarla dəstəklənməlidir. Ağciyərlərdə surfaktant çatışmazlığı səbəbi ilə əvəzedici terapiya məqsədilə kurosurf preparatının tətbiqi həyata keçirilir", - deyə həkim vurğulayıb.

T.Rəcəbli onu da diqqətə çatdırıb ki, perinatal patologiyaya malik yenidoğulmuşların müalicəsi yüksək texnoloji avadanlıq və peşəkar tibbi yardım tələb edir:

"Bu cür bahalı xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tam təmin edilir. Ölkəmizdə 3-cü səviyyəli doğuşayardım müəssisələri və elmi-tədqiqat institutları bu sahədə geniş təcrübəyə malikdir.

Eyni zamanda, hamiləlik dövründə qadınların sağlamlıq göstəricilərində artan xəstələnmə halları və vaxtından əvvəl doğumların çoxalması perinatal ölüm göstəricilərinə təsir edən digər mühüm amillərdir. Hamilə qadınların vaxtında qeydiyyata alınması, risk qruplarının erkən aşkarlanması və müvafiq tibbi nəzarət vaxtından əvvəl doğumların qarşısının alınmasında mühüm rol oynayır.

Baş vermiş ana ölümü hadisələri TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiya tərəfindən araşdırılır".

Doğuş zamanı baş verən ölümlərin əsas səbəbinə gəlincə isə T.Rəcəbli vurğulayıb ki, həm dünyada, həm də Azərbaycanda ana ölümlərinin başlıca səbəbi qanaxmalardır:

"İkinci yerdə isə abortlar və digər səbəblər dayanır. Məsələn, anafilaktik şok kimi hallar da ölümə səbəb ola bilər. 2023-24-cü illərdə bu səbəbdən də ana ölümləri baş verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, qlobal səviyyədə də qanaxmalar ana ölümlərinin birinci səbəbi hesab olunur.

Ana ölümlərinin statistikasının verilməsi 2012-ci ildən Cenevrə təlimatına uyğun olaraq həyata keçirilir və hər hansı bir metodoloji dəyişiklik olmamalıdır. 2023-24-cü illərdə TƏBİB tabeliyində fəaliyyət göstərən komissiya və doğuşayardım şöbəsi tərəfindən hər bir ana ölümünün səbəbi və hesabatlılığı təmin edilir.

Digər bir mühüm məsələ erkən nikahların təsiridir. Məsələn, əvvəllər bizdə erkən nikahlar çox idi.

Dünya analitikləri deyirlər ki, hər 220 erkən nikaha bir ana ölümü düşür. 2023-cü ildə Azərbaycanda 223 erkən nikah olub ki, analoji olaraq bir ana ölümü qeydə alınıb. Bu, 17 yaşında erkən hamilə qalmış qadın idi.

2011-ci ilə qədər bizim statistikaya baxanda görürük ki, beş minə qədər erkən nikah faktı olub. Yəni erkən nikah yaşının uzadılmasına görə verilmiş qanundan sonra ildə 220-223 civarında erkən nikah faktına rast gəlinir ki, bu da ana ölümlərinə təsir göstərə bilir".

T.Rəcəbli 35 yaşdan yuxarı qadınların da risk qruplarına aid olduğunu vurğulayıb:

"Statistikaya baxsanız, görərsiniz ki, 2023-cü ildə 45 yaşından yuxarı 230, 50 yaşında isə 81 qadın ana olub. Bunların da uşaq ölümünə təsiri var - əkizlərin, üçəmlərin doğulması, yəni çoxdöllü hamiləliklər.

Statistikada təkcə ana ölümlərinin sayını deyil, vaxtından əvvəl doğuşların artmasını da görmək olar. Diqqətinizə çatdırım ki, hamiləlik, doğuş və zahılıq dövründə xəstələnmə göstəricisi 41 801-dən 51 302-yə qədər qalxıb. Analitiklərin dediyinə görə, xəstələnmə göstəricisi ölümlə düz mütənasibdir. Ona görə də xəstələnmə sayı artanda ölüm sayı da təbii olaraq artır".

Səhiyyə Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında ana ölümünə aid olan təriflər verilib və beynəlxalq təcrübədə bu təsnifata istinad olunur.

"Təsnifata əsasən, ana ölümü hamiləliklə əlaqədar (onun müddətindən və lokalizasiyasından asılı olmayaraq) qadının ölümü olub, hamiləlik dövründə və ya hamiləlik bitdikdən sonra 42 gün ərzində bədbəxt hadisədən və ya təsadüfi yaranmış səbəbdən deyil, hamiləliklə bağlı və ya hamiləlik, yaxud onun aparılması ilə ağırlaşmış hər hansı səbəbdən baş vermiş ölüm kimi təyin olunur.

Bundan əlavə, təsnifatda "Gecikmiş ana ölümü" və "Hamiləlik, doğuş və zahılıq dövründə baş vermiş ölüm" tərifləri də ayrıca olaraq verilib. Ana ölümü hadisələri bilavasitə mamalıq səbəbləri ilə əlaqədar baş vermiş ölüm və dolayı yolla mamalıq səbəbləri ilə əlaqədar ölümlər olaraq iki qrupa ayrılır. Mövcud rəqəmlərdə dəyişikliyin baş verməsi statistikanın 2023-cü ildən bu təsnifata əsasən aparılması ilə izah olunur", - deyə məlumatda vurğulanıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Yanvar 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri